Təyyarələrin yerə yaxın məsafədən uçduğu çimərlikdə ölüm hadisəsi - VİDEO

Karib dənizinin sahilindəki "Princess Juliana International Airport"un yaxınlığındakı çimərlikdə ölüm hadisəsi baş verib.  Sint Maarten çimərliyində dincələn turist və yerli sakinlər sərnişin təyyarəsinin işə düşdüyü zaman yaranan güclü küləyin təsirindən qaçaraq dənizə giriblər. Bu zaman qadın turistlərdən biri yıxılaraq başından zədələnib. Başından zədələnən 57 yaşlı qadın turist həyatını itirib.

Qeyd edək ki, hər il yüzlərlə turist Sint Maarten çimərliyinə toplaşaraq təyyarələrin enməsini və qalxmasını izləyib, həyəcan dolu tətil keçirirlər. Milli.az "Mirror"a istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31