Gündəm

Vitse-spiker ermənilərin yaraladığı Füzuli sakininə baş çəkdi

13 İyul 2017 14:22

Milli Məclisin vitse-spikeri Bahar Muradova bir qrup deputatla birlikdə Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan Sərvinaz Quliyevaya baş çəkib.

Azərbaycanlı model Leylanın ölümünün TƏFƏRRÜATI

13 İyul 2017 14:21

Modeli əməliyyat edən həkim Siruz Qoçxani olub. Leyla Oruclunun ölümündən sonra həkim unikal.org-a açıqlamasında bildirib ki, "Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarxində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi".

“Azəravtoyol” rəhbərliyi Alxanlı kəndində olub  

13 İyul 2017 14:17

“Azəravtoyol” ASC-nin rəhbərliyi və əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın yas mərasimində iştirak etmək üçün Alxanlı kəndində olublar. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, Cəmiyyətin rəhbərliyi hadisənin baş verdiyi ərazidə olub, kənd sakinləri ilə görüşüblər.

Sabirabadda “xaş-xaş” əməliyyatı keçirilib

13 İyul 2017 14:16

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq uğurlu əməliyyat tədbirlərini davam etdirir.

Prezidentdən məmurları təşvişə salan xəbərdarlıq

13 İyul 2017 14:13

İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk gündən təyin etdiyi məmurlar qarşısında qoyduğu əsas şərt, vəzifə onların xalqa sədaqətlə xidmət etməsi, vətəndaş məmnunluğunun təmin edilməsi olub. Etiraf etmək lazımdır ki, ötən illər ərzində dövlət başçısının bu tapşırığına əməl edən, vətəndaşların ən xırda narahatçılığına belə həssalıqla yanaşan məmurlarımız olub bə onlar bu gün də dövlət başçısının göstərdiyi etimadı öz fəaliyyətləri, əməlləri ilə doğrultmağa çalışırlar.

İctimai çimərliklərlə bağlı yeni tələblər qüvvəyə mindi

13 İyul 2017 14:08

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 742-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Bala başa bəla - "Papa"nın işini zay edən gül balalar - SİYAHI

13 İyul 2017 14:03

Öncədən qeyd edək ki, dövlət başçısı bu tip halları kəskin surətdə tənqid edir və dəfələrlə xəbərdarlıq edib: "Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".

Azərbaycanın uğurlu xarici siyasət kursu ölkəmizə beynəlxalq marağı artırır

13 İyul 2017 13:59

Həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycana beynəlxalq aləm, dünya dövlətləri tərəfindən maraq daha da artır. Müntəzəm olaraq Azərbaycan dövlət başçısının müxtəlif xarici ölkələrə səfərləri, eləcə də ayrı-ayrı dövlət və hökumət rəhbərlərinin vaxtaşırı ölkəmizə səfər etməsi fonunda bunu aydın şəkildə görürük. Qurulan ikitərəfli və çoxtərəfli əməkdaşlıq, qarşılıqlı münasibətlər sistemi Azərbaycanın regionda etibarlı tərəfdaş rolunu və çəkisini artırır. Təsadüfi deyil ki, bu gün Avropadan tutmuş Asiyaya, Qərbdən Birləşmiş Ştatlara qədər. eyni zamanda ərəb dünyası, Körfəz ölkələri Azərbaycanla əməkdaşlığa maraq göstərir, can atır.

"Yetkin adam qudurğan ola bilməz"- Deputat

13 İyul 2017 13:58

"Bəzi çox pulu olanlar bilirsinizmi özlərini niyə, yumşaq desək, adekvat aparmırlar? Pul nədir? Pul əslində həm enerji daşıyıcısı, həm də enerji qaynağıdır. Yəqin fikir vermisiniz, uşaqlar enerjilərinin çoxluğundan bir yerdə durmur, tez-tez dəcəllik edir, nəyisə sındırır, dağıdırlar. Çünki yetkin deyillər. Pulu çox olan bəzilərinin "qudurğanlıq" kimi qiymətləndirilən hərəkətlərinin arxasında duran səbəb də budur - onların yetkin olmamaları".

"WhatsApp" və "Twitter" hökumətdən müdafiə oluna bilmir

13 İyul 2017 13:56

"Electronic Frontier Foundation" şirkətinin əməkdaşları müxtəlif İT şirkətlərinin məlumatlarının hökumətdən müdafiəsi səviyyəsi ilə bağlı təhlil aparıblar.  26 müəssisənin qiymətləndirildiyi meyarlar hökumətlə əlaqədə şəffaflıq, istifadəçilər haqqında məlumatların üçüncü şəxslərə ötürülməsinə qadağa, ABŞ-da dövlət sorğularının qanuniliyinin yoxlanılması və dövlətin ölkə vətəndaşlarını izləməsinə şirkətin münasibəti sahəsində aparılıb. 

"Barselona" ispan müdafiəçinin transferindən əl götürdü

13 İyul 2017 13:54

"Barselona"nın baş məşqçisi Ernesto Valverde sağ cinah müdafiəsinə Hektor Bellerinin transfer olunmasına razı olmayıb.  53 yaşlı mütəxəsis onu taktiki və fiziki baxımdan komandasına uyğun futbolçu hesab etməyib.

"Mançetser Yunayted"dən vitse-kapitana yeni müqavilə təklifi

13 İyul 2017 13:53

"Mançester Yunayted" Ander Errreranı komandada saxlamaq istəyir.  "Qırmızı şeytanlar" 27 yaşlı havbekə yeni müqavilə təklif edib. Müqavilədə məvacibin artırılması da nəzərdə tutulub. Errera ötən mövsüm "United"in ən yaxşı futbolçusu seçilmişdi.

Keyfiyyətsiz ərzaq məhsullarına görə heç kim məsuliyyət daşımaq istəmir

13 İyul 2017 13:39

Son vaxtlar əksər ticarət mərkəzlərində keyfiyyətsiz və yararlılıq müddəti ötmüş ərzaq məhsullarının satışına tez-tez rast gəlinir. Etiraf edilməlidir ki, belə məhsulların satışı hətta paytaxtın ən məhşur dükanlarında müşahidə olunur. Elə bu səbəbdən də ölkədə qidadan zəhərlənmə halları artıb. Vəziyyət o həddə çatıb ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən ehtiyatlı olmağı tövsiyyə edib.

Prezidentdən Qarabağ mesajı

13 İyul 2017 13:36

Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Prezident İlham Əliyev hər zaman olduğu kimi, yenə də Dağlıq Qarabağ problemi və bu problemin həlli istiqamətində atılan addımlardan da danışıb.

Süni qiymət artımı üçün heç bir iqtisadi əsas yoxdur

13 İyul 2017 13:33

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bir sıra inkişaf etmiş ölkələrin  iqtisadi baxımdan  geriləməsinə səbəb olub. Məsələ orasındadır ki, iqtisadi böhranın aradan qaldırılması istiqamətində dünya ölkələrinin birgə həyata keçirdikləri tədbirlər də elə bir səmərə verməyib.  İqtisadi geriləmə prosesinin nə qədər davam edəcəyi isə hələlik qaranlıq olaraq qalır.