Gündəm
Həmsədrlərin qarşıdakı 3 illik fəaliyyət planı
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərinin nəticəsi olaraq uzun müddətdən bəri ara verilən danışıqlar prosesi belə demək mümkünsə bərpa olundu. Vasitəçilərin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin çoxdandır baş tutmayan görüşü Avropanın siyasi paytaxtı kimi tanınan Brüseeldə reallaşdı.
Ermənistanda müharibə qorxusu hər gün daha da artır
“Cəbhədə baş verən hadisələr Ermənistanda müharibə ab - havasını günü gündən zəiflədir və Ermənistanda müharibə qorxusu artmaqdadır. Çünki, əgər müharibə başlansa, Ermənistanda Azərbaycan ordusu ilə üz-üzə dayanmağa nə əsgəri, nə də ki, bizim silahlarımıza müqavimət göstərə biləcək hərbi texnikası var”. Bu sözləri millət vəkili Azər Badamov deyib.
Hindistanda aramsız yağışlar 40 nəfəri "boğdu"
Hindistanın şimal-şərqində Assam ştatında daşqınlarda ölənlərin sayı 40-a çatıb. 1,5 milyon nəfər evsiz qalıb.
Əfqanıstanda mina partladı - 4 uşaq öldü
Əfqanıstanın şimal-şərqində minanın partlaması nəticəsində 4 uşaq həlak olub. Mina partlayışı Baqlan əyalətində uşaqlar oyun oynayarkən baş verib.
Süleyman İsmayılov "Şöhrət" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Süleyman İsmayılovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
İşdən çıxarılan general: "Mən fərari deyiləm"
Ötən gün Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov Qarabağ döyüşlərində fərarilik etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nardaran hadisələrinə görə həbs edilən Nuhbala azadlığa buraxıldı
Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin axundu kimi təqdim edən Nuhbala Rəhimov azadlığa buraxılıb.
Bakıda 21 yaşlı oğlan özünü fermada asdı
Bakıda intihar hadisəsi baş verib. Hadisə paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsində baş verib. Qəsəbənin Mədən sahəsi adlanan ərazisindəki fermada yaşayan 1996-cı il təvəllüdlü Nəcəfov Pünhan Ağaverdi oğlu özünü fermada asıb.
Boris Nemtsovun qatillərinə höküm oxundu
Moskva Dairə Hərbi Məhkəməsində müxalifət lideri Boris Nemtsovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin qərarı ilə Nemtsovun qətlində təqsirli bilinənlər 11 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. İşdə əsas fiqurant olan Zaur Dadayev 20 il həbs cəzasına məhkum edilib.
Tağı Əhmədovun arvadından Çovdarovun ittihamlarına cavab
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara həyat yoldaşı Salatın Əhmədova aydınlıq gətirib.
“Məzun evi” fəaliyyətə başlayıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində (Abşeron rayonu, Masazır kəndi) mənzillə təmin edilmiş valideyn himayəsindən məhrum gənclərin məşğulluğunun artırılması məqsədilə yaradılmış xalça və tikiş sexləri ilə tanışlıq olub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi və b. iştirak ediblər.
Dənizdə batan şəxs xilas edilib
Bakıda dənizdə batan şəxs xilas edilib. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
FHN 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb. “Olaylar” ın nazirliyini saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:00-da başa çatıb.
Əməyin mühafizəsi təkmilləşdirilir
“Azneft“ İstehsalat Birliyində mütəmadi olaraq əməyin mühafizəsinin təkmilləşdirilməsinə dair maarifləndirici tədbirlər keçirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə. müşavirədə Birliyin Baş direktoru Daşqın İskəndərov neft-qaz təsərrüfatında iş şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb, əməyin təhlükəsizliyi, mədən və özüllərdə, estakada və meydançalarda təhlükəsiz iş şəraitinin yaradılması kimi vacib məsələlərin daim diqqət mərkəzində saxlanıldığını, istehsalatda insan amilinə, neftçilərin sağlamlığının qorunmasına xüsusi diqqət yetirildiyini bildirib.
Deputatlar Alxanlıya gediblər
Milli Məclis sədrinin müavini Bahar Muradova və bir qrup millət vəkili iyulun 13-də Füzuli rayonunun Alxanlı kəndinə səfər edib. Məlumata görə, MM üzvləri iyulun 4-də Ermənistan silahlı qüvvələrinin atəşə tutduqları kənddə olub, ermənilərin təxribatı nəticəsində həlak olan kənd sakinləri Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, iki yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olduqları əraziyə baxış keçiriblər. MM üzvləri kənd sakinləri ilə görüşəcəklər.














