Hindistanda aramsız yağışlar 40 nəfəri "boğdu"

Hindistanın şimal-şərqində Assam ştatında daşqınlarda ölənlərin sayı 40-a çatıb. 1,5 milyon nəfər evsiz qalıb.

Hindistanın şimal-şərqində Assam ştatında daşqınlarda ölənlərin sayı 40-a çatıb. 1,5 milyon nəfər evsiz qalıb.

Qeyd edək ki, Hindistanda artıq 2 həftədir aramsız yağışlar yağır. Yağışlar nəticəsində Brahmaputra çayı da məcrasından çıxaraq ətrafı basıb. Bu səbəbdən Assam ştatında 2,5 min kənd sel suları altında qalıb. Kaziranqa Milli Parkının da sel suları altında qaldığı bildirilir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31