Gündəm
Təcili yardım həkimini girov götürdülər - Xəstəxanada DƏHŞƏT - VİDEO
İstanbul Kağıthane Dövlət Xəstəxanası ötən gecə inanılmaz bir dəhşətə səhnə olub. Xəstəxanaya gələn 2 şəxs təcili yardımda çalışan növbətçi həkimi "Bizimlə maraqlanmır" deyərək girov götürüb. Həmin məqamda digər 3 təcili xəstəsi ilə maraqlanan həkimi qapını qıran xəstəxana polisi xilas edib.
Əmisi 8 yaşlı qızı döyərək öldürdü
8 yaşlı qızın əmisi onu işgəncə verərək, döyərək öldürüb. O, əl-qolunu bağladığı qıza 12 saat işgəncə verib. Daha sonra isə qızın vəziyyətinin ağır olduğunu görərək onu xəstəxanaya aparıb və pilləkənlərdən yıxılıdığını söyləyib və xəstəxananı tərk edib.
Bakıda 25 nəfəri gün vurub, 26 nəfəri ilan sancıb - yay mövsümü girəndən
Bakıda yay mövsümü başlayandan - iyunun 1-dən indiyə qədər günvurma ilə əlaqədar 25 nəfər həlimə müraciət edib. Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) Əməliyyat və hospital təşkili üzrə şöbənin böyük həkimi Bənövşə Quliyeva deyib. Onun sözlərinə görə, həmin şəxslərin 9-u xəstəxanaya yerləşdirilib.
ABŞ polisinin daha bir biabırçılığı: qaradərilinin üstünə it qısqırdılar - VİDEO
ABŞ-da polis əməkdaşlarının vətəndaşa qarşı amansız və qəddar davranışı ilə bağlı daha bir qalmaqal yaşanır. Olay ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yaşanıb. Qanun pozuntusunda şübhəli bildikləri qaradərili vətəndaşı saxlayan üç polis zabiti onu vurub.
Yaxın Şərq savaşının ƏSL HƏDƏFİ: “Sykes-Picot”la başlayan plan
Cenevrədə 10 gün davam edən Kipr müzakirələrinin nəticəsiz yekunlaşmasından sonra adanı yeni bir gərginlik gözləyir. Gərginliyin səbəbi 11-ci bölgədir. Məlumata görə, Fransanın TOTAL və İtalyan ENİ enerji şirkətiləri Şərqi Aralıq dənizində yerləşən 11-ci bölgədə iyulun 17-də qazma-axtarış işlərinə başlayacaq. İşləri həyata keçirəcək “West Capella” gəmisi artıq Kiprə çatıb.
Trampa ŞOK: İmpiçment üçün ilk rəsmi sənəd
ABŞ Konqresinin Kaliforniya ştatından olan demokrat üzvü Bred Şerman prezident Donald Trampın impiçmentini tələb edən qanun layihəsini təqdim edib. Qanun layihəsində dövlət başçısının Rusiyanın prezident seçkilərinə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyi iddia olunur.
PKK/PYD Türkiyəyə qarşı TƏXRİBAT hazırllayır: "Kəndləri BOMBALAYIN"
Amerika Birləşmiş Ştatlarının “Türkiyə sizə hücum etməz” deyə zəmanət verdiyi terror təşkilatı PKK Afrin hərəkatı öncəsi Türkiyə və Avropada təxribat xarakterli əməliyyatlara hazırlaşır.
Bu gecə 4 nəfərin öldüyü hadisə barədə yeni faktlar
Bu gecə Ələt-Astara magistralında 4 nəfərin həyatına son qoyan dəhşətli yol qəzası ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Astara sakinlərini Dağıstana aparan "Mercedes" markalı mikroavtobus qarşıdan gedən iki "KamAZ" markalı yük maşınının bir-biri ilə toqquşmasından sonra arxadakı qoşqulu nəqliyyat vasitəsinə çırpılıb.
Daşqınlar 12 nəfərin həyatına son qoydu - Pakistanda
Pakistanın şimal-şərqində daşqınlar nəticəsində azı 12 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb. Daşqınlar Pəncab əyalətinin 3 bölgəsində qeydə alınıb.
Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
İyulun 14-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 21-24° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacağı gözlənilir.
Yer TƏHLÜKƏDƏDİR - Günəşdə ləkə tapıldı
NASA kosmik agentliyi Günəşin səthində böyük bir ləkə tapdığını açıqlayıb. Agentlik bu ləkənin Yer kürəsinə böyük təhlükə törədə biləcəyi qənaətindədir. Günəş üzərindəki bu ləkənin ölçüsü planetimizdən 19 qat böyükdür. Ləkənin ölçüsünün böyüklüyü Günəşdə təhlükəli partlayışa səbəb ola və Yer kürəsində rabitə sistemlərinə zərər verə bilər. Partlayışın bir başqa ziyanı isə atmosferə radioaktiv maddələr axını yaratması ola bilər.
Rusiyadan ABŞ-a MESAJ: “Başınıza gələnlər öz günahınızdır”
Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova hər hadisənin yaşanma səbəbində Rusiyanın adının çəkilməsinə sərt reaksiya verərək ABŞ-a sərt ismarıc göndərib. Spiker G20 zirvəsinə etiraz olaraq Hamburqda təşkil edilən nümayişlər zamanı 2 rus vətəndaşın polislər tətəfindən nəzarətə aparılması hadisəsini dəyərləndirib. M.Zaxarova Feysbukdakı hesabından verdiyi açıqlamada bildirib ki, qərb ölkələrinin Hamburqdakı nümayişlərdə Kremlin əli olduğunu iddia edəcəkləri qənaətindədir:
7 cütlük uşağından imtina etdi
İyun ayı ərzində respublikada 12048 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. Onun sözlərinə görə, müayinədən keçən şəxslərdənn 263 nəfərdə talassemiya daşıyıcılığı, 6 nəfərdə QİÇS, 42 nəfərdə siflis aşkarlanıb.
18 yaşlı azərbaycanlı çempion yarış günü özünü öldürdü - DƏHŞƏTLİ TƏFƏRRÜAT
Dünən mətbuatda sambo üzrə Avropa çempionu Rəşad Dünyamalıyevin intiharı ilə bağlı xəbərlər yayılıb. Hadisə iyulun 4-də 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun Binəqədi qəsəbəsində yaşadığı həyət evində baş verib. 18 yaşlı idmançı səhər saatlarında həyətədəki turnikdən özünü asaraq həyatına son qoyub.
Misirdə Azərbaycan dilinin tədrisinə başlanıb
Misir Ərəb Respublikasında (MƏR) fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində Azərbaycan dilinin tədrisinə başlanılıb. “OLAYLAR”-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, bu barədə Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov məlumat verib. Azərbaycan dilinin tədrisi ilə yanaşı, xalqımızın tarixi, zəngin mədəni irsinin də təbliğinin nəzərdə tutulduğunu bildirən S. Nəsirov dərslərin həftədə 2 dəfə keçiriləcəyini və tədris prosesinin ilkin mərhələsində Misirin Qahirə və Ayn-Şəms Universitetlərinin məzunlarının iştirak edəcəyini qeyd edib.














