Rusiyadan ABŞ-a MESAJ: “Başınıza gələnlər öz günahınızdır”

Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova hər hadisənin yaşanma səbəbində Rusiyanın adının çəkilməsinə sərt reaksiya verərək ABŞ-a sərt ismarıc göndərib. Spiker G20 zirvəsinə etiraz olaraq Hamburqda təşkil edilən nümayişlər zamanı 2 rus vətəndaşın polislər tətəfindən nəzarətə aparılması hadisəsini dəyərləndirib. M.Zaxarova Feysbukdakı hesabından verdiyi açıqlamada bildirib ki, qərb ölkələrinin Hamburqdakı nümayişlərdə Kremlin əli olduğunu iddia edəcəkləri qənaətindədir:

"Hazırda bizə Hamburqun 2 rus vətəndaşı tərəfindən alt-üst edildiyini nağıl edəcəklər. Bir az da düşünüb bunun Kremlin əmrilə həyat keçirildiyini iddia edəcəklər. Beləliklə, "Kristal kürə" xəbər və iddia agentliyini açıq elan edirəm".

Qeyd edək ki, Kreml ABŞ-dakı prezident seçkilərinə müdaxilədə günahlandırılır. M.Zaxarova isə bu açıqlaması ilə rəsmi ABŞ-a "başınıza gələn hər şeyin günahını bizə atmayın" mesajını verib. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31