Gündəm
Nazir vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək.
Xalq artisti KÖVRƏLTDİ: "Ölümümü gözləyirəm"
Uzun müddətdir ki, xəstəliklə mübarizə aparan xalq artisti, tanınmış xanəndə Əlibaba Məmmədov səhhətindən danışıb. Ustad xanəndə həyatından şikayət etmədiyini deyib: "Daha üzü 89-a doğru gedirəm.
Akif Nağı: “Rəsmi Bakı bununla, həm də beynəlxalq təşkilatlara mesaj göndərir”
“Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ciddi mesajlarını verdi”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Sədaqət Vəliyeva: "Azərbaycan xarici investorların ən çox etibar etdiyi ölkədir"
“Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti, ictimai-siyasi sabitlik və mükəmməl qanunvericilik bazası xarici sərmayədarların diqqətini cəlb etməkdədir. Məhz, bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmi qat-qat artıb. Elə bu ilin ilk altı ayı ərzində Azərbaycan iqtisadiyyatına 5 milyard dollar sərmayənin qoyulması bir daha sübut edir ki, ölkəmiz xarici investorların ən çox etibar etdiyi ölkədir”.
Rövşən Rzayev: “Böyük dövlətlər öz sözlərini, mövqelərini bildirməlidir"
“Həqiqətən Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün istiqamətlərdə çox düzgün mövqe vurğuladı”. Bunu millət vəkili Rövşən Rzayev deyib.
Baş İdarə rəisi: “Azərbaycan dünyaya mötəbər beynəlxalq tədbirlərin təşkilində nümunədir”
“Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox vacib məsələlər haqda danışdı. Dövlət başçımız çıxışında mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin önəmliliyini qeyd etdi.
"Rəqsanədən yazdınız, reytinq qazandınız"
Müğənni Rəqsanə İsmayılova qızıl aldığı şəxslərə borclu olması barədə yayılan xəbərə reaksiya verib. Sənətçi rəsmi İnstagram hesabında paylaşım edərək iddialara cavab verib: "Boş-boş danışılan, deyilən söz-söhbətə baş qoşmağa nə vaxtım, nə də zamanım var. Mənim üçün vacib olan ailəmdir. İndi sənətimlə bağlı layihələr hazırlayıram. Bundan başqa, mənə heç nə maraqlı deyil. Artıq bir ildir ki, yoxam, dincəlin. Rəqsanədən yazdınız, pozdunuz, reytinq qazandınız. 5-10 manata görə o biri dünyada nə cavab verəcəksiniz?
Qəbir üstündə Youtube-dan Quran oxunması düzgündür? - İlahiyyatçıdan AÇIQLAMA
Sosial şəbəkələr həyatımıza o dərəcədə sirayət edib ki, bütün sevinc və kədər hislərimizi paylaşmadan keçə bilmirik. Hətta o dərəcədə də ki, ölüylə, qəbir üstündə şəkil çəkdirməklə bunu "ənənə"yə çevirməkdəyik.
Müşviqabad qəsəbəsində 2 yerüstü piyada keçidinin inşası yekunlaşır
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsi ərazisindən keçən 23.5-ci və 24.4-cü km-lik hissələrində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə inşa edilən 2 yerüstü piyada keçidində son tamamlanma olaraq üzlənmə işləri aparılır. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, metal konstruksiyalı və orta dayaqlı keçidlər dəmir-beton özül dayaqlar üzərində qurulub. Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir. Pilləkan hissələr də daxil olmaqla keçidlərin ümumi uzunluğu 55.4 metr, qalereyasının eni isə 3.7 metrdir. Keçidlərin yol səthindən hündürlüyü 5.5 metr təşkil edir.
Ermənilər 125 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
Səyyar ASAN xidmət Tərtərdə də vətəndaşlara xidmət göstərəcək
Səyyar ASAN xidmət 13 – 27 iyul tarixində Tərtər şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 13 iyul Abşeron rayonunun Qobu qəsəbəsində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 19 iyul Qaradağ rayonunun Ələt qəsəbəsində, səyyar “ASAN qatar” isə 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar.
Ramil Şeydayev Çempionlar Liqasında debüt etdi
Millimizin hücumçusu Ramil Şeydayev Slovakiyanın "Jilina" klubunun heyətində Çempionlar Liqasında debüt edib. O, "Kopenhagen" ilə II təsnifat mərhələsinin ilk görüşündə meydana çıxıb.
Politoloq: “Yalnız Kreml Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul ola bilər”
“Dağlıq Qarabağ tənzimlənməsində yeni mürəkkəb oyunlar mərhələsi başlayıb. Rusiya bu tənzimlənmədə münaqişə ilə təkbaşına məşğul olmaq istəyir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
ABŞ-dan Rusiyaya qarşı yeni həmlə
Demokratlar Partiyasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsi təqdim edib. Yeni qanun layihəsi Senatın iyunun 15-də səsvermə yolu ilə qəbul etdiyi sənədə bənzəyir.
Şefçoviç: ""Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşmasının Avropa İttifaqı üçün mühüm əhəmiyyəti var"
"Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşdırılması və gələcəkdə layihənin genişləndirilməsi həm Avropa İttifaqı, həm də Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir".














