Gündəm

Məşhur Sovet aktrisası vəfat etdi

13 İyul 2017 10:46

Sovet aktrisası İrina Bunina dünyasını dəyişdi. Onun 77 yaşı vardı. Ukranyalı aktrisa 40-dan çox filmə çəkilmişdi. “Muxtarın qayıtması”, “Yeddinci səma”, “Əbədi zəng”, “Burjuanın ad günü” filmləri ilə məşhurluq qazanıb. Qeyd edək  ki, İrina Buninaya Ukraynanın Anna Manyanisi deyirdilər. 

Hərbi kazarmada partlayış

13 İyul 2017 10:44

Türkiyənin Kilis vilayətində Kilis-Qaziantep yolu üzərində yerləşən hərbi kazarmada konteynerlərdə yanğın baş verib. Yanğın nəticəsində xeyli sursat partlayıb. On əsgərin yüngül şəkildə tüstüdən zəhərləndiyi bildirilir. Hadisə yerinə çox sayda təcili yardım və axtarış-xilasetmə qrupları cəlb edilib.

Ərdoğan haqqında çəkilən filmin prodüsseri FETÖ – çu çıxdı

13 İyul 2017 10:37

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatından bəhs edən  “Rəis” sənədli filminin  prodüsseri, 15 İyul gecəsini “Oyanış” filmi ilə ekranlaşdıran rejissor  Ali Avcı FETÖ terror qruplaşmasının üzvü olması şübhəsi ilə həbs olunub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki,  İstanbul Respublika Baş Polis idarəsinə çağırılan  Ali Avcı üçün həbs qərarı verilib. Bağçılar qəsəbəsində  yerləşən mənzilində həbs olunan rejissorun evində axtarış tədbirləri həyata keçirilib.

“Dostluq körpüsü” II beynəlxalq folklor rəqs festivalının iştirakçıları Bakıda

13 İyul 2017 10:02

Mədəniyyət və Turizm  Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində  “Dostluq körpüsü” adlı II Beynəlxalq Folklor-Rəqs Festivalı keçirilir. Baş İdarədən "Olaylar" - a bildirilib ki, festivala Azərbaycan, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.  Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov qonaq ölkələrin nümayəndələri ilə görüş keçirdib. Görüş zamanı V.Zeynalov festivalın keçirilməsində əsas məqsədin uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi olduğunu qeyd edib. Səmimiyyət və dostluq şəraitində keçən görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub,  qonaqlarla xatirə şəkilləri çəkilib.

Nazirlikdən növbəti araşdırma

13 İyul 2017 09:48

 Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti araşdırma aparılıb. Nazirlikdən "Olaylar" - a bildirilib ki, aparılan araşdırma zamanı Xətai rayonu, Əbilov küçəsi 12 ünvanında, yaşayış binasının yan tərəfindəki yaşıllıq sahəsində yaşköküstə 12-24 sm diametrliyində tut, dəfnə, zeytun, əncir cinsli 4 ədəd ağacın və 6 ədəd nar kolunun qanunsuz kəsildiyi aşkar edilib. Ağacların ərazidə tikinti aparan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən kəsildiyi məlum olub. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunaraq ağac və kolların məhv edilməsinə görə ona 6600 manat məbləğində ziyan tətbiq edilib.

Dinc sakinləri öldürdü

13 İyul 2017 09:43

233 İŞİD-çi saxlanıldı

13 İyul 2017 09:42

Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən ölkənin 29 vilayətində aparılan əməliyyatlar çərçivəsində İŞİD qruplaşmasına mənsub olduğu iddia edilən 233 nəfər saxlanılıb. Onlardan 25 nəfərinin xarici vətəndaş olduğu bildirilir. Həmin şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmayıb.

Prezident  həbs edildi

13 İyul 2017 08:40

Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanı 9,5 il həbs cəzasına məhkum edib. Sabiq prezident korrupsiya və çirkli pulların yuyulmasında günahkar bilinib.

İSİM-də  seminar

13 İyul 2017 08:30

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu”na həsr olunmuş seminar keçirilib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, seminarı giriş sözü ilə İSİM-in direktoru C.Məmmədov açıb. O, İSİM-in fəaliyyətində medianın dəstəyinin rolundan və onun əhəmiyyətindən danışıb. İSİM rəhbəri seminarın “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planının müvafiq bəndlərinə əsasən təşkil edildiyini bildirdi.

Bilik Fondu Beynəlxalq Ekoenergetika Akademiyası ilə əməkdaşlıq edəcək

13 İyul 2017 08:10

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti professor Fəqan Əliyevlə görüşüb. Təməli Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə qoyulmuş, 25 ilə yaxın müddətdə 12 Beynəlxalq konqres, çoxsaylı elmi konfrans və seminarlar keçirmiş, elmi jurnallar təsis etmiş, bir sıra təhsil ocaqlarında istedadlı gənclərdən ibarət “Gələcəyin alimləri” adlı kiçik akademiyaların yaradılmasında iştirak etmiş bu qurumun fəaliyyəti ilə tanış olub. Fonddan "Olaylar" - a bildirilib ki, akademiyanın əməkdaşları və üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə Bilik Fondu ilə Ekoenergetika Akademiyasının əhalinin maarifləndirilməsi işində əməkdaşlıq məsələləri müzakirə edilib.

""Qəbələ"ni təəccübləndirəcəyik" - Taras Romançuk

12 İyul 2017 20:30

"Qəbələ" ilə oyunda uduzmamalıyıq. Ümid edirəm ki, rəqibi təəccübləndirəcəyik". Bu sözləri Polşa "Yagelloniya"sının futbolçusu Taras Romançuk Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə ilk matç öncəsi klubun saytına deyib.

Ürəyin sağlamlığını qoruyan MÜKƏMMƏL QARIŞIM

12 İyul 2017 20:15

Düzgün və sağlam qidalanma ürəyin və damarların sağlamlığında olduqca böyük rol oynayır. Bəzi məhsullar var ki, onları ürək üçün əsl təbii dərman hesab etmək olar. Bu məhsulları qidalanmaya daim daxil etməklə ürəyinizi cavan və sağlam saxlaya bilərsiniz.