Ərdoğan haqqında çəkilən filmin prodüsseri FETÖ – çu çıxdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatından bəhs edən “Rəis” sənədli filminin prodüsseri, 15 İyul gecəsini “Oyanış” filmi ilə ekranlaşdıran rejissor Ali Avcı FETÖ terror qruplaşmasının üzvü olması şübhəsi ilə həbs olunub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İstanbul Respublika Baş Polis idarəsinə çağırılan Ali Avcı üçün həbs qərarı verilib. Bağçılar qəsəbəsində yerləşən mənzilində həbs olunan rejissorun evində axtarış tədbirləri həyata keçirilib.
13 İyul 2017 10:37 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatından bəhs edən "Rəis" sənədli filminin prodüsseri, 15 İyul gecəsini "Oyanış" filmi ilə ekranlaşdıran rejissor Ali Avcı FETÖ terror qruplaşmasının üzvü olması şübhəsi ilə həbs olunub. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, İstanbul Respublika Baş Polis idarəsinə çağırılan Ali Avcı üçün həbs qərarı verilib. Bağçılar qəsəbəsində yerləşən mənzilində həbs olunan rejissorun evində axtarış tədbirləri həyata keçirilib.
Aparılan axtarış zamanı evdə olan və özünü Həsən Aslan olaraq təqdim edən şəxs axtarış anında evdən qaçmağa cəhd göstərib. Polis tərəfindən tutulan Həsən Aslanın Yıldız Texniki Universitetində bylock istifadəçisi, haqqında Ağır Cəza Məhkəməsi tərəfindən həbs qərarı olduğu və əsl adının Fetullah Qarabibər olduğu məlum olub. Şübhəlilər İstanbul təhlükəsizlik orqanlarına təhvil verilib.
Qeyd edək ki, "Oyanış" filmi Türkiyədə böyük səs - küyə səbəb olmasına baxmayaraq, prezident Rəcəb Tayyib Ərdoğan filmin təqdimatında iştirak etməmişdi.