“Dostluq körpüsü” II beynəlxalq folklor rəqs festivalının iştirakçıları Bakıda

Mədəniyyət və Turizm  Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində  “Dostluq körpüsü” adlı II Beynəlxalq Folklor-Rəqs Festivalı keçirilir. Baş İdarədən "Olaylar" - a bildirilib ki, festivala Azərbaycan, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.  Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov qonaq ölkələrin nümayəndələri ilə görüş keçirdib. Görüş zamanı V.Zeynalov festivalın keçirilməsində əsas məqsədin uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi olduğunu qeyd edib. Səmimiyyət və dostluq şəraitində keçən görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub,  qonaqlarla xatirə şəkilləri çəkilib.

Mədəniyyət və Turizm  Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində  "Dostluq körpüsü" adlı II Beynəlxalq Folklor-Rəqs Festivalı keçirilir. Baş İdarədən "Olaylar" - a bildirilib ki, festivala Azərbaycan, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov qonaq ölkələrin nümayəndələri ilə görüş keçirdib. Görüş zamanı V.Zeynalov festivalın keçirilməsində əsas məqsədin uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi olduğunu qeyd edib. Səmimiyyət və dostluq şəraitində keçən görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub,  qonaqlarla xatirə şəkilləri çəkilib.

Festivalın yekun qala konserti iyulun 13-də Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31