Konqresmenlər Trampın impiçmentinə çağırdı
13 İyul 2017 07:30 DünyaABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar.
Bu barədə B.Şermanın yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi iddiaları barədə araşdırmanı Federal Təhqiqatlar Bürosu, Senat və Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitələri aparır. Bundan əlavə, may ayında Ədliyyə nazirliyi FTB-nin sabiq direktoru Robert Mülleri məsələ ilə bağlı xüsusi araşdırmaçı təyin edib. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31