Sədaqət Vəliyeva: "Azərbaycan xarici investorların ən çox etibar etdiyi ölkədir"
“Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti, ictimai-siyasi sabitlik və mükəmməl qanunvericilik bazası xarici sərmayədarların diqqətini cəlb etməkdədir. Məhz, bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmi qat-qat artıb. Elə bu ilin ilk altı ayı ərzində Azərbaycan iqtisadiyyatına 5 milyard dollar sərmayənin qoyulması bir daha sübut edir ki, ölkəmiz xarici investorların ən çox etibar etdiyi ölkədir”.
13 İyul 2017 11:43 Siyasət"Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti, ictimai-siyasi sabitlik və mükəmməl qanunvericilik bazası xarici sərmayədarların diqqətini cəlb etməkdədir. Məhz, bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmi qat-qat artıb. Elə bu ilin ilk altı ayı ərzində Azərbaycan iqtisadiyyatına 5 milyard dollar sərmayənin qoyulması bir daha sübut edir ki, ölkəmiz xarici investorların ən çox etibar etdiyi ölkədir". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində maliyyə çatışmazlığı, iqtisadi geriləmə proseslərinin müşahidə edildiyi bir vaxtda Azərbaycanda inkişaf meyilləri sezilməkdədir: "Məhz, 2017-ci ilin ilk yarısında ölkəmizin qeyri-neft sektorunun 1,7 faiz, sənaye sahəsinin isə 4,4 faiz artması söylənilənlərin əyani sübutudur. Azərbaycan bu gün sabitlik məkanı olduğundan investorlar ölkəmizə gəlir, tərəddüd etmədən sərmayə qoyur, qazanc götürür, eyni zamanda, vergi ödəyir, iqtisadiyyatımızın artımına töhfələrini verirlər. Dünyada sabit ölkələrin sayının kəskin şəkildə azalması onu göstərir ki, yaxın perspektivdə daha çox xarici sərmayədar investisiya yatırmaq üçün Azərbacana gələcək. Bütün bunlar isə əlavə gəlir, yeni iş yerləri və iqtisadiyyatımızın artması demək olacaq". Sia.az