Akif Nağı: “Rəsmi Bakı bununla, həm də beynəlxalq təşkilatlara mesaj göndərir”
“Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ciddi mesajlarını verdi”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
13 İyul 2017 11:50 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ciddi mesajlarını verdi". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
QAT sədrinin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlara yol verməsi, körpə uşaqların qətlə yetirilməsinə yönəlik ölkə başçısının çıxışı beynəlxalq qurumlar üçün ciddi mesajdır: "Hər kəs bunu anlamalı və başa düşməlidir. Prezident Azərbaycan ordusunun gücündən danışarkən onun Ermənistanın bütün hədəflərini vurmağa qadir olduğunu xüsusi vurğuladı. Bu, ciddi əsası olan bir xəbərdarlıqdır. Bu gün Azərbaycanın elə silahı, gücü var ki, o asanlıqla istənilən hədəfi məhv etməyə qadirdir. Ermənistan bütün bunlardan nəticə çıxarmalıdır. Rəsmi Bakı bununla həm də beynəlxalq təşkilatlara mesaj göndərir. Əgər bu müraciətlərdən, ifadələrdən onlar yenə nəticə çıxarmasalar, o zaman müharibə qaçılmaz olacaq".