Rövşən Rzayev: “Böyük dövlətlər öz sözlərini, mövqelərini bildirməlidir"

“Həqiqətən Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün istiqamətlərdə çox düzgün mövqe vurğuladı”. Bunu  millət vəkili Rövşən Rzayev deyib.

"Həqiqətən Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün istiqamətlərdə çox düzgün mövqe vurğuladı". Bunu  millət vəkili Rövşən Rzayev deyib.

Deputatın sözlərinə görə, ölkə başçısı həmin iclasda ikili standartların mövcud olması ilə bağlı açıq fikirlər səsləndirdi: "Təbii ki, bizi də narahat edən odur ki, bu gün beynəlxalq aləm erməni təxribatının qarşısını almaqdan ötrü mütləq qaydada, ciddi fəaliyyətə söykənən mövqe sərgiləməyi bacarmır. Burada ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri mövqe səsləndirməlidir. Ermənistan qoşunlarının Azərbaycan ərazisindən geri çəkilməsi tələbi qoyulmalıdır.

Çox istərdim ki, Minsk qrupunda olan digər dövlətlər passiv siyasətdən aktiv siyasətə keçsinlər. Almaniya, İtaliya, Türkiyə, Belarusiya, Finlandiya və digər bəzi dövlətlər Avropada, ümumilikdə dünyada nüfuz sahibidir. Bu kimi dövlətlər mövqelərini daha aktiv səsləndirməyi bacarmalıdırlar. Bir növ Avstriya hökumətinin mövqeyini səsləndirməlidirlər. Çünki bildiyiniz kimi, ATƏT Avstriyada yerləşir. Cənab Prezident Nazirlər Kabinetinin iclasında öz narazılığını bir daha ifadə edir ki, artıq daha dəqiq substantiv danışıqların vaxtıdır. Təbii ki, bu barədə də böyük dövlətlər öz sözlərini, mövqelərini bildirməlidirlər". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31