Ermənistanda müharibə qorxusu hər gün daha da artır

“Cəbhədə baş verən hadisələr Ermənistanda müharibə ab - havasını günü gündən zəiflədir və Ermənistanda müharibə qorxusu artmaqdadır. Çünki, əgər müharibə başlansa, Ermənistanda Azərbaycan ordusu ilə üz-üzə dayanmağa nə əsgəri, nə də ki, bizim silahlarımıza müqavimət göstərə biləcək hərbi texnikası var”. Bu sözləri  millət vəkili Azər Badamov deyib.

"Cəbhədə baş verən hadisələr Ermənistanda müharibə ab - havasını günü gündən zəiflədir və Ermənistanda müharibə qorxusu artmaqdadır. Çünki, əgər müharibə başlansa, Ermənistanda Azərbaycan ordusu ilə üz-üzə dayanmağa nə əsgəri, nə də ki, bizim silahlarımıza müqavimət göstərə biləcək hərbi texnikası var". Bu sözləri  millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Ermənistan mütəmadi olaraq təxribatlar törədir və hər bir təxribatın on qatını və daha da artıq cavabını alır: "Məsələn 2016-cı ilin aprelində törədilən erməni təxribatı nəticəsində Azərbaycan ordusu yüzlərlə erməni dığasını məhv etdi və min hektarlarla torpağımızı işğaldan azad olunmasına nail oldu. Artıq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayışı tamamilə bərpa edilib. Bu ayın əvvəlində Füzuli rayonun Alxanlı kəndinə atılan mərmilər nəticəsində balaca Zəhra və onun nənəsi öldürüldü. Amma, ermənilər cavabı çox gözləməli olmadılar və ordumuzun dəqiq atəş zərbələri ilə çoxlu sayda erməni əsgəri və hərbi texnikası məhv edildi. Ermənistana hər dəfə ölü cəsədlər və yaralılar gedəndə ermənilərdə müharibə qorxusu daha da artır və bu rejimə narazılıq dalğası genişlənir. Ermənilər artıq etiraf edirlər ki, Azərbaycan ən müasir silahlarla silahlanır və əgər münaqişə aktiv fazaya keçərsə ordumuzun qabağında dayana bilməyəcəklər. Artıq bunun bir balaca nümunəsini keçən ilin aprel ayında görüblər. Ona görə də Ermənistanda müharibə qorxusu günü gündən artmaqdadır və Azərbaycan ordusu ermənilərin kabusuna çevrilib".

Azər Badamov qeyd edib ki, torpaqlarımız uzun illərdir ki, erməni işğalı altında qalır və ermənilər torpaqlarımızda uşaqları və qadınları öldürürlər: "Bu dözülməz həqiqətdir və bütün dünya da bunun bir daha şahidi oldu. Azərbaycanın ərazi bütövlüyü dünya tərəfindən tanınmasına, torpaqlarımızın işğaldan azad olunması haqqında BMT qətnamələri qəbul edilməsindən uzun illər keçməsinə və münaqişənin sülh yolu ilə nizamlanması üçün ATƏT-in Minsk qrupu yaradılmasına baxmayaraq çox təəsüflər olsun ki, beynəlxalq təşkilatlar bu illər ərzində susqunluğa üstünlük verir konkret, qəti addımlar atmır. Halbuki, beynəlxalq təşkilatlar və dünyanı idarə edən güclər Ermənistana təzyiq göstərə və ədalətin bərpasını tələb edə bilərdilər. Necə ki, uzaq şərqi müxtəlif bəhanələrlə heç nədən müharibə ocağına çevirərək darmadağın etdilər. Ukrayna məsələsinə görə Rusiyayaya qarşı ABŞ və Avropa birləşərək sanksiyalar tətbiq etdilər. Burda bir nəticə çıxarmaq olar ki, beynəlxalq təşkilatlar müəyyən dairlərin sifarişlərini yerinə yetirir, dünyada beynəlxalq hüququn və ədalətin bərpasından uzaqdırlar. Bununla yanaşı, dünyada ikili standartlar mövcuddur və Azərbaycan müsəlman ölkəsi olduğuna görə, Ermənistana qarşı ciddi təzyiq göstərmirlər. Azərbaycanın inkişafını, güclənməsini, söz sahibi olmasını çoxlarının gözü götürmür . Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq təşkilatların belə adekvat olmayan münasibətinin göstərilməsinin kökündə qeyd etdiyim amillər dayanır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31