Süni qiymət artımı üçün heç bir iqtisadi əsas yoxdur
Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bir sıra inkişaf etmiş ölkələrin iqtisadi baxımdan geriləməsinə səbəb olub. Məsələ orasındadır ki, iqtisadi böhranın aradan qaldırılması istiqamətində dünya ölkələrinin birgə həyata keçirdikləri tədbirlər də elə bir səmərə verməyib. İqtisadi geriləmə prosesinin nə qədər davam edəcəyi isə hələlik qaranlıq olaraq qalır.
13 İyul 2017 13:33 Siyasətİlham Əliyev: "İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin"
Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bir sıra inkişaf etmiş ölkələrin iqtisadi baxımdan geriləməsinə səbəb olub. Məsələ orasındadır ki, iqtisadi böhranın aradan qaldırılması istiqamətində dünya ölkələrinin birgə həyata keçirdikləri tədbirlər də elə bir səmərə verməyib. İqtisadi geriləmə prosesinin nə qədər davam edəcəyi isə hələlik qaranlıq olaraq qalır. Ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət isə Azərbaycanı məlum dünya böhranından minimum itgilərlə çıxçasına şərait yaradıb. Lakin buna baxmayaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da antiböhran tərdbirlərinin gücləndirilməsini zəruri edib. Məhz bunun nəticəsidir ki, Azərbaycanda ardıcıl olaraq iqtisadi islahatlar planı həyata keçirilir. Onu da qeyd edək ki, artıq sözügedən iqtisadi islahatlar öz nəticəsini verib. Yəni, Azərbaycanda nəinki iqtisadi dayanıqlıq təmin olunub, hətta iqtisadiyyatın dinamik inkişafına nail olunub, eləcə də rəqabətə davamlı ölkələr sırasında ön cərgələrdə bərqərar olub. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar dünyanın ixtisaslaşmış beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Məhz prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycanda iqtisadi sabitlik bərqərar olub. Ölkəmiz artıq məhsil ixrac edən ölkədən idxalçı ölkəyə çevrilib. Hazırda Azərbaycan bir sıra səneyi və kənd təsərrüfatı məhsullarının ixracatçısı kimi tanınır. Artıq "Made in Azerbaijan" brendi altında məhsullarımız xarici bazarlarda özünə yer alıb. Nəticədə əldə edilən gəlirlərin əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilməsi təmin edilir. Bu gün yerli bazarda Azərbaycan vətəndaşının gündəlik tələbatını ödəyəcək ərzaq və kənd təsərrüfatı məhsulları kifayət qədərdir. Lakin ölkədə liberal iqtisadiyyat hökm sürdüyündən qiymətlərin də tənzimlənməsi bazarın ixtiyarına buraxılıb. Belə ki, satışa çıxarılan məhsulun qiyməti bazarda, tələb və təklif əsasında formalaşır. Buna baxmayaraq, bəzi hallarda qiymətlərin süni şəkildə, heç bir iqtisadi əsas olmadan artırılması halları müşahidə olunur. O da faktır ki, belə halların qarşısını almaq məqsədilə inibati və iqtisadi tədbirlər həyata keçirilir. Ölkədə sünii qiymət artımınnın qarşısının alınması məsələsi dövlət başçısının daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib ki, istehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin: "Mən ilin əvvəlində demişdim ki, 2017-ci il iqtisadi inkişaf ili olmalıdır. Belə də oldu. Artıq bunu demək olar. Düzdür, biz hələ gələcək aylarda fəal işləməliyik, işləyəcəyik. Ancaq artıq əldə edilmiş nəticələr və giriş sözümdə səsləndirdiyim rəqəmlər deməyə əsas verir ki, bu il inkişaf ili olacaqdır. Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcək". İlham Əliyev bildirib ki, uğurlu iqtisadi islahatları və iqtisadi siyasətimizi davam etdirmək üçün əlbəttə ki, maliyyə və iqtisadi sabitlik olmalıdır: "Bu, əldə edilibdir. İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Düzdür, ilin ilk aylarında qiymət artımı müşahidə olunurdu. Ancaq son aylar ərzində demək olar ki, qiymətlər sabitləşib. İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin. Buna heç bir əsas yoxdur. Çünki makroiqtisadi sabitlik təmin olunur. Manatın məzənnəsi neçə aydır ki, sabitdir. İdxaldan asılılıq azalır və tələbat daha çox yerli istehsal hesabına ödənilir. Bir sözlə, makroiqtisadi sabitlik məsələləri həmişəki kimi diqqətdə olacaq və əminəm ki, ilin sonuna qədər hər hansı bir problem olmayacaq. Mən artıq qeyd etdim, bizim valyuta ehtiyatlarımız artır, xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 ayda təxminən 2 milyard dollara yaxındır. Ona görə, bizim kifayət qədər güclü iqtisadi imkanlarımız və valyuta ehtiyatlarımız var. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə qabaqcıl ölkələr sırasındadır. Valyuta ehtiyatlarının dövlət xarici borcuna olan nisbəti də Azərbaycanı dünya miqyasında ön sıralara çıxarır. Bizdə valyuta ehtiyatları dövlət xarici borcundan 4-5 dəfə çoxdur".
Qeyd edək ki, Azərbaycanda həyata keçiririlən iqtisadi islahatlar fonunda milli iqtisadiyyatın dirçəldilməsilə yanaşı, yerli sahibkarların da fəaliyyətinə şərait yaradılır. Artıq dünyanın barmaqla sayılan ölkələri var ki, orada Azərbaycanda olduğu kimi sahibkarların fəaliyyətinə hər cür müdaxiləyə son qoyulub. Məhz bu praktikanın nəticəsidir ki, milli sahibkarlar öz məhsulları ilə nəinki ölkə vətəndaşlarını təmin edir, hətta dünya bazarına çıxarılmasına nail olublar. Üstəlik, sahibkarlığın daha da inkişaf etdirilməsi, milli iqtisadiyatı qorumaq məqsədilə bəzi idxal məhsullar üçün nəzərdə tutulan vergilərin artırılması təmin olunub. Çox təəssüf ki, dövlət tərəfindən atılan bu addıma adekvat cavab vermək əvəzinə, bəzi sahibkarlar süni bahalaşma hallarına yol verirlər. Sahibkarlar baş verən qiymət artımını manatın devalvasiyası ilə əlaqələndirsələr də iqtisadi təhlillər tamamilə bunun əksini deyir. Maraqlı məqam ondan ibarətdir ki, bəzi hallarda nəinki idxal malların, eləcə də yerli məhsulların qiymətlərində də bahalaşmaya rast gəlinir. Məhz bu kimi amillər deməyə əsas verir ki, ölkədə qiymət artımı üçün heç bir iqtisadi əsas yoxdur, müşahidə olunan bahalaşma yalnız və yalnız sahibkarların maraqlarına xidmət edir. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda iqtisadi idarəetməninin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması, iqtisadiyyatın idxaldan asılılığının azaldılması istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Belə halda ölkədə süni qiymət arımının müşahidə olunması heç cür başa düşülən deyil. Aydın deyil ki, nədən xammalı və istehsalı yüz faiz yerli məhsullar hesabına başa gələn malların qiymətində artım olmalıdır? Belə məhsullarda qiymət artımı hansı iqtisadi əsaslara söykənir? Məlumat üçün qeyd edək ki, aidiyyati qurumalr tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Hətta belə hallara görə məsuliyyətə cəlb olunan konkret faktlar da mövcuddur. Lakin etiraf edilməlidir ki, təkcə inzibati tədbirlərlə süni qiymət artımının qarşısını almaq qeyri-mümkündür. Ekspertlər hesab edirlər ki, sini qiymət artımının qarşısını almaq üçün ilk növbədə inhisarçı şirkətlərin müəyyən edilməli, kartel sövdələşmələri aparan, bazarda rəqibləri zorla sıradan çıxardan şirkətlər üzərində ciddi nəzarət təmin edilməlidir. Ölkədə liberal bazarın tam şəkildə formalaşdırılmasına nail olmaqdan ötrü özəl sektora dəstək daha da artırılmalıdır. Bu həm də ölkədə ədalətli rəqabət mühitinin yaranmasına səbəb ola bilər. Nəticədə daxili bazara nəzarəti gücləndirməklə ən azından Azərbaycanda istehsal olunan məhsulların qiymətini stabil saxlamaq olar. Üstəlik süni qiymət artımının qarşısını almaq məqsədilə inzibati tədbirlərlə yanaşı, ictimai nəzarət də gücləndirilməlidir. İmkan vermək omaz ki, iqtisadi yüksəliş fonunda görülən işlərə hansısa möhtəkirlər kölgə salsınlar.
Nurlan