Prezidentdən məmurları təşvişə salan xəbərdarlıq
İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk gündən təyin etdiyi məmurlar qarşısında qoyduğu əsas şərt, vəzifə onların xalqa sədaqətlə xidmət etməsi, vətəndaş məmnunluğunun təmin edilməsi olub. Etiraf etmək lazımdır ki, ötən illər ərzində dövlət başçısının bu tapşırığına əməl edən, vətəndaşların ən xırda narahatçılığına belə həssalıqla yanaşan məmurlarımız olub bə onlar bu gün də dövlət başçısının göstərdiyi etimadı öz fəaliyyətləri, əməlləri ilə doğrultmağa çalışırlar.
13 İyul 2017 14:13 SiyasətVəzifəsindən sui-istifadə edənlər cəzalandırılacaq
İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk gündən təyin etdiyi məmurlar qarşısında qoyduğu əsas şərt, vəzifə onların xalqa sədaqətlə xidmət etməsi, vətəndaş məmnunluğunun təmin edilməsi olub. Etiraf etmək lazımdır ki, ötən illər ərzində dövlət başçısının bu tapşırığına əməl edən, vətəndaşların ən xırda narahatçılığına belə həssalıqla yanaşan məmurlarımız olub bə onlar bu gün də dövlət başçısının göstərdiyi etimadı öz fəaliyyətləri, əməlləri ilə doğrultmağa çalışırlar. Lakin müəyyən istisna hallar da yox deyil. Ümumiyyətlə, heç bir dövlət və cəmiyyət, onun müxtəlif sahələrini idarə edən şəxslər ideal olmadığı kimi, Azərbaycanda da bu kimi arzuedilməz situasiyalara rast gəlinir. Zaman-zaman bəzi məmurlar və onların övladları, ailə üzvlərinin özbaşınalıq hallarına yol verdiyinə dair səslənən fikirlər, ortaya qoyuılan faktlar cəmiyyətdə ciddi narahatçılıq yaradır. Bir qayda olaraq xalqla, cəmiyyətlə bir yerdə olan, onun həm sevinci, həm də kədərinə şərik çıxan dövlət başçısı isə müntəzəm olaraq keçirdiyi görüşlər, toplantılar və iclaslarda məmurlara xəbərdarlıq edir, onları məsuliyyətli olmağa çağırır. Prezidentin tapşırığından nəticə çıxaranlar da olur, təəssüflər olsun ki, dövlət başçısının sözlərini qulaqardına vuranlar da. Nəticə isə ikincinin öz layiqli cəzasını alması ilə sonuclanır. Necə ki, bir neçə gün əvvəl Cənab Prezident general Novruzəli Orucovu övladının özbaşınalıq və xuliqanlıq əməllərinə görə, tutduğu vəzifədən azad etdi.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu ilk belə hal deyil və zaman-zaman dövlət başçısı bu kimi sərt və qətiyyətli addımlar atmaq məcburiyyətində qalıb. Nədən ki, həmin məmurlar prezidentin onlara ünvanladığı xəbərdarlıqlara məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirib, yaxud vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlara xidmət göstərmək əvəzinə onları incidib, nəticə etibarilə xalqla prezident arasında inamsızlıq yaratmağa çalışıblar. Ən son Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin timsalında bunun əyani şahidi olduq. Azərbaycan Prezidenti ölkəmizin miltikulturallığını, tolerantlığını, dini dözümlülüyünü dünyaya bəyan etdiyi, bunu real fəaliyyət, gördüyü işlərlə sübut etdiyi bir halda, icra hakimiyyəti başçısının dini ibadət məkanını sökməyə qalxması da həmin mənfi tendensiyalardan biri, məmurun dövlət başçısının etimadını doğrulda bilməməsinin göstəricisi idi. Yaxud ölkənin milli təhlükəsizliyinə cavabdeh olan bir qurumun, eləcə də onun rəhbərinin milli təhlükəsizliyimizi qorumaqdan daha çox insanları şantaj etməsi, onları yersiz yerə incitməsi, sahibkarlardan haqq tələb etməsi də eyni ilə məmur özbaşınalığı, vəzifə səlahiyyətlərindən sui-istifadə idi ki, Cənab Prezident də zamannda atmış olduğu qətiyyətli addımla bu özbaşınalığa son qoydu. Baxmayaraq ki, dövlət başçısı hələ məlum şəbəkənin ifşasından əvvəl dəfələrlə məmurlara xəbərdarlıq etmiş, onlara xalqı incitmək yox, xalqla bir yerdə işləmək tövsiyyəsində bulunmuşdu.
Elə Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin social iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında da dövlət başçısı bir daha vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlar və onların özbaşınalıq, xuliqanlıq əməllərinə yol verən, ictimai asayişi pozan övladlarına diqqət çəkərək növbəti sərt xəbərdarlığını bildirdi. Azərbaycan Prezidentinin çıxışından əldə edilən nəticə ondan ibarət oldu ki, kimliyindən asılı olmayaraq hər kəs törətdiyi qeyri-qanuni əmələ, özbaşınalıq və xuliqanlıq hallarına görə cəzasını alacaq. Və bu məsələdə heç kimə güzəşt yoxdur. Necə ki, yaxın tarixdə biz bunların əyani şahidi olmuşuq: ""Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın".
Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışından o da məlum oldu ki, yerlərdə də bəzi neqativ hallar mövcuddur və dövlət başçısının təyin etdiyi bəzi yerli icra hakimiyyəti başçıları özlərini həmin rayonun ağası, padşahı sayır. Hər hansı bir regionda belə bir mühitin olması isə ilk növbədə həmin region inkişafdan geri qoyur. Yerli məmurun vəzifə səlahiyyətlərindən sui-istifadəsi o regiona investisiyanın yatırılmasını, xarici sərmayənin cəlb edilməsini mümkünsüz edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də açıq şəkildə bunu ifadə etdi: "Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcəkdir".
Göründüyü kimi qarşıda məmurları daha çətin cə məsuliyətli bir dövr gözləyir. Hansı məmur dövlət başçısının etimadını doğruldub xalqla yaxından işləyəcək, vətəndaşlıq məmnunluğu qazanacaq, onunla yola davam ediləcək. Öz işini düzgün qura bilməyən, göstərilən etimaddan sui-sitifadə edən məmurlarla isə prezidentin qəbul etdiyi qətiyyətli qərarlar nəticəsində vidalaşmalı olacağıq. Qarşıda məmurların fikirləşmək və məsuliyyətlə çalışması üçün kifayət qədər zaman var. Sadəcə bu zamanı düzgün dəyərləndirmək lazımdır.
S.İsmayılbəyli