İcra başçılarının fəaliyyətinə investisiyaların cəlb edilmə əmsalına görə qiymət veriləcək

Azərbaycanın günü-gündən artan iqtisadi inkişafı regionlardan da yan keçməyib. Hazırda təkcə paytaxt Bakıda deyil, eləcə də respublikanın ən ucqar dağ rayonlarında belə quruculuq- abadlıq işləri aparılır. Görülən işlər “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda regionların sosial iqtisadi inkişafı ilə bağlı bir neçə dəfə Dövlət Proqramı qəbul edilərək icrası başa çatdırlıb.

Azərbaycan Prezidenti: "Bölgələrdə bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır"

Azərbaycanın günü-gündən artan iqtisadi inkişafı regionlardan da yan keçməyib. Hazırda təkcə paytaxt Bakıda deyil, eləcə də respublikanın ən ucqar dağ rayonlarında belə quruculuq- abadlıq işləri aparılır. Görülən işlər "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda regionların sosial iqtisadi inkişafı ilə bağlı bir neçə dəfə Dövlət Proqramı qəbul edilərək icrası başa çatdırlıb. Xatırladaq ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. O da faktdır ki, iqtisadi sahədə əldə edilən uğurlar ölkədə sahibkarların daha da inkişafına zəmin yaradıb. Hazırda Azərbaycanın iş adamları nəinki respublikada, eyni zamanda  bir sıra xarici ölkələrdə sərmayə yatırılar. Belə halda milli sahibkarların ölkədə gedən iqtisadi proseslərə cəlb edilməsi, müxtəlif istehsal və emal sahələrinə investisiya yatırmaları zərurəti yaranır. Düzdür, ölkənin sosial iqtisadi inkişafında sahibkarların rolunu danmaq insafsızlıq olardı. Ancaq mövcud potensialdan səmərəsiz istifadə sahibkarların bir növ xəsisliyinə səbə olmuşdu. Belə ki, rayon və şəhər icra başçıları sahibkarıların investisiya yatırmalarına şərait yaratmaq əvəzinə, sanki onlar üzərinə əlavə "öhdəlik" yükləyirdilər. Müxtəlif adlar altında iş adamlarından vəsait tələb etmək, onların fəaliyyətinə süni əngəllər yaratmaq sanki icra başçılarının iş prinsipinə çevrimişdi. Təbii ki, belə vəziyyət nəinki sahibkarların milli iqtisadiyyata sərmayə yatırmasına, əksinə əldə olan vəsitin xaricı ölkələrə çıxarılmasına sövq edirdi. Belə bir şəraitdə prezident İlham Əliyev sahibkarlara arxa çıxaraq bütün neqativ halların aradan qaldırılması istiqamətində tapşırıqlarını verdi. Yalnız bundan sonra regionlarda fəaliyyət göstərən iş adamları üçün "yaşıl işıq" yanmış oldu.  Məhz sahibkarların iqtisadi proseslərə cəlb edilməsi nəticəsində  ölkədə minlərlə müəssisə yaradıldı, yüz  minlərlə yeni iş yerləri açıldı. Lakin mövcud vəziyyət deməyə əsas verir ki, hələ də dövlət başçısının tapşırıqlarının mahiyyətini dərk etməyən, milli sahibkarların ölkə iqtisadiyyatındakı yeri və rolunu qiymətləndirməyi bacarmayan icra başçıları var. Hansı ki, dövlət başçısı dəfələrlə bəyan edib ki, icra başçılarının fəaliyyəti sahibkarların investisiyalara cəlb edilməsi amili ilə qiymətləndiriləcək. Belə halda icra başçıları sahibkarlarla ənəkdaşlığı genişləndirmək, onları iqtisadi fəal olmağa ruhlandırmaq əvəzinə, şəxsi ambissiyalarını ortaya qoyurlar. Əslində, sahibkarların regionlarda investisiya yatırmaları icra başçılarının özləri üçün də sərfəlidir. Ona görə ki, artıq respublikanın rayon və şəhərlərinin özünümaliyyələşdirmə prinsipinə keçməsi istiqmətində nəzərdə tutlan planlar həyata keçirilməkdədir. Bu halda dövlət büdcəsindən ayrılan dotasiyalardan məhrum olan rayonların icra başçıları təbii ki, sahibkarlarla sıx iş birliyi qurnmalıdır. Çox təəssüf ki,  ölkədə həyata keçirilən iqtisadi islahatların mahiyyətini anlamayan bəzi icra başçıları sahibkarlara yardım etmək əvəzinə, sinələrinə çöküb qanunsuz tələblər irəli sürməklə məşğuldurlar.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, bölgələrdə bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır: "Mən sərmayə qoyuluşu ilə bağlı rəqəmləri səsləndirdim, 5 milyard dollar sərmayə qoyulub. Ancaq bunun böyük hissəsi xarici sərmayədir. Biz çalışmalıyıq ki, daxili sərmayəni də cəlb edək. Daxili sərmayə deyəndə mən dövlət investisiyalarını nəzərdə tutmuram. Onsuz da biz bunu edirik və Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Buraya məktəb, xəstəxana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, infrastruktur layihələri, yol salınması və sair daxildir. Mən özəl sərmayəni nəzərdə tuturam. Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar". İlham Əliyev əlavə edib ki, xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar: "Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək". Artıq dövlət başçısı bununla icra başçılarına cari ilin sonuna qədər vaxt müəyyən edib ki, yol verdikləri nöqsanları aradan qaldırsınlar. İndi dövlət başçısının tapşırığı ilə bağlı əməli işlər görmək icra başçılarının üzərinə düşür. Çünki, icra başçılarının bundan sonrakı fəaliyyətinə sərmayələrin cəlb edilmə əmsalına görə qiymət veriləcək. Etiraf edək ki, bölgələrimizdə sahibkarların investisiya yatırmaları üçün iqtisadi potensiallar kifayət qədərdir. Azərbaycanın istənilən bölgəsində yeni müəssisə yaratmaq üçün yerli xammal, lazım olan iqtisadi resurslar, əmək qüvvəsi və qanunvericilik bazası mövcuddur. Qalır bircə icra başçılarının bu prosesə dövlət və milli maraqlar baxımından yanaşması.

Zəka 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31