Mosuldakı son İŞİD-çilər təslim oldu

İraqın ikinci böyük şəhəri olan Mosulda qalan İŞİD terror təşkilatının son üzvlərinin əlibağlı görüntüləri paylaşılıb.  İnsan Hüquqlarının Müdafiəsi təşkilatı Mosulla bağlı verdiyi açıqlamada terrorçuların ailələrinin də cəzalandırıldığını bəyan edib. Açıqlamada 170 terrorçu ailəsinin zorla bir düşərgəyə aparıldığı bildirilir.

İraqın ikinci böyük şəhəri olan Mosulda qalan İŞİD terror təşkilatının son üzvlərinin əlibağlı görüntüləri paylaşılıb.  İnsan Hüquqlarının Müdafiəsi təşkilatı Mosulla bağlı verdiyi açıqlamada terrorçuların ailələrinin də cəzalandırıldığını bəyan edib. Açıqlamada 170 terrorçu ailəsinin zorla bir düşərgəyə aparıldığı bildirilir. Şəhərin dar küçələrində, evlərin zirzəmisində gizlənən tək-tük terrorçu isə ABŞ-ın hava qüvvələri tərəfindən bombardman edilir. Müharibənin sona çatdığı Mosulda əhali yavaş-yavaş əvvəlki sivil həyatını davam etdirməyə çalışır. Bəzi ailələrin evlərini bərpa etməsi bölgədən çəkilən fotolarda əks olunub.  Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31