Rusiya terrorçuların kabusunu hazırladı
“Rusiya vertolyotları” şirkəti Mi-171Ş-VN müasirləşdirilmiş hərbi-nəqliyyat vertolyotunu ilk dəfə təqdim edəcək. Yeni hərbi maşın terrorizmlə mübarizə üzrə məsələlərin icrası üçün nəzərdə tutulub.
13 İyul 2017 18:20 Dünya"Rusiya vertolyotları" şirkəti Mi-171Ş-VN müasirləşdirilmiş hərbi-nəqliyyat vertolyotunu ilk dəfə təqdim edəcək. Yeni hərbi maşın terrorizmlə mübarizə üzrə məsələlərin icrası üçün nəzərdə tutulub. Mi-171Ş-VN Mi-8/17 tipli hərbi-nəqliyyat vertolyotunun ən yeni modifikasiyasıdır. Yenilənmiş maşın potensial sifarişçilərə çatdırılması üçün hazırdır. Şirkətin baş direktoru Andrey Boqinskiy bildirib ki, Mi-171Ş-VN vertolyotların döyüş tətbiqi təcrübəsi nəzərə alaraq yaradılıb. Yeni vertolyot MAKS-2017 aviasalonda təqdim ediləcək. Publika.az xəbər verir ki, bu haqda TASS agentliyin şirkətin mətbuat xidmətinə istinadən bildirib.