"Böyük xəbərə hazır olun" - İbra

İsveç yığmasının əfsanəvi futbolçusu Zlatan İbrahimoviçin karyerasını harda davam etdirəcəyi hələ də bəlli deyil.  36 yaşlı hücumçu tezliklə yeni klubunun adının müəyyənləşəcəyini bildirib. Belə ki, uzunmüddətli sıradan çıxdığı üçün "Mançester Yunayted"lə yeni müqavilə imzalamayan və azad agent statusu daşıyan İbra gələcək taleyi ilə bağlı verilən sualı qısaca belə cavablandırıb: "Tezliklə yeni məlumatı eşidəcəksiniz. Böyük xəbərə hazır olun".

Zədəli olduğu üçün qışa qədər yaşıl meydanlardan uzaq qalan İbrahimoviçin yenidən "Mançester Yunayted"lə müqavilə imzalaması istisna edilmir. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31