Zəhra diaspora təşkilatlarını bir araya gətirdi

Uzun müddət idi ki, dünya azərbaycanlılarının “çəkici bir zindana vurmq” arzusunun reallaşması həsrətində idik. Nəhayət Azərbaycan müstəqillik əldə etdikdən, xüsusən ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xaricdə yaşayan soydaşlarımızın bir araya gələrək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əməli addımlar atıldı.

Doplomatlarımız da Vətənin müdafiəsinə qalxdılar

Uzun müddət idi ki, dünya azərbaycanlılarının "çəkici bir zindana vurmq" arzusunun reallaşması həsrətində idik. Nəhayət Azərbaycan müstəqillik əldə etdikdən, xüsusən ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xaricdə yaşayan soydaşlarımızın bir araya gələrək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əməli addımlar atıldı. Daha doğrusu, dünya azərbaycanlılarının Azərbaycançılıq ideyası ətrafında birləşməsi və bu ideya əsasında millətin və dövlətin maraqlarının müdafiəsinə köklənməsinin şahidi omuşuq. Ancaq etiraf edilməlidir ki, milli qürurunu itirmiş, dövlət və millət maraqlarını şəxsi ambisiyalarına satmağa hazır olan milli satqınların xəyanəti nəticəsində doaspora təşkilatlarımızın vahid ideologiya ətrafında cəmləşməsinə maneə olan qüvvələr ortaya çıxmışdı. Lakin Füzuli rayonunun Alxanlı kənd sakini Quliyeva Zəhra və onun nənəsi Quliyeva Sahibənin ermənilər tərəfindən qətlə yetirilməsi həmin qüvvələri darmadağın etdi. Diaspora təşkilatlarımız, xarici ölkələrdə fəaliyyət göstərən konsul və səfirliklərimizin baş verən hərbi cinayətə sərgilədiklri münasibət, yaydıqları bəyənatlar, keçirdikləri etiraz aksiyaları bir daha göstərdi ki, ülu öndər Heydər Əliyev tərəfindən Azərbaycançılıq ideyası təsadüfən ərsəyə gətitilməyib. Bu ideologiya hələ uzun müddət xaricdə yaşayan soydaşlarımız üçün həyat və fəaliyyət devizi olaraq qalacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi ilə bağlı bir çox xarici ölkələrin parlamentinə, dövlət qurumlarına, diaspor təşkialtlarına, beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Daha dəqiq, bir sıra ölkələrdə mitinqlər və kütləvi etiraz aksiyalarının keçirilməsilə bağlı icazələrin alınması üçün aidiyyatı qurumlara müraciət edilib: "Azərbaycan diaspor təşkilatları hadisələrin baş verdiyi ilk gündən etibarən buna böyük həssaslıqla yanaşır. Hadisəni insanlığa və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirirlər. Buna görə də azərbaycanlıların yaşadığı bütün dünya ölkələrinin diaspor təşkilatları bu hadisəyə öz münasibətini bildirib və bildirəcəklər". Məlumatda o da bildirilib ki, Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələrilə sıx əlaqədədir: "Bir çox diaspor təşkilatımız Füzuli hadisəsilə bağlı Misir, Şimali Kipr, Niderland Karllığı, Türkiyə mətbuatlarına açıqlamalar verib, brifinqlər keçirilib. Həmçinin, başqa ölkələrdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Diaspor təşkilatlarının belə bir təşəbbüsü var ki, xarici ölkə jurnalistlərinin bu məqsədlə Azərbaycana səfərləri təşkil edilsin". Paralel olaraq Azərbaycan diaspor təşkilatları Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıblar. Bəyanatı Türkiyədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), İstanbul Türkiyə-Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD), Eskişəhər Azərbaycanlılar Dərnəyi (ESAZDER), Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, Yaponiyada fəaliyyət göstərən Azərbaycan - Yaponiya Dostluq Mərkəzi, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) imzalayıb. Bəyənatda qeyd olunub ki, bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Dünya ictimaiyyəti atəşkəs dövründə baş verən təxribatların, hücumların və mülki şəxslərin qətlə yetirilməsinə lazımi reaksiya versinlər, bütün bu ədalətsizliklərə seyirçi qalmasınlar. Bəyanatda 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın indiki prezidenti Sarkisyanın Azərbaycan xalqına qarşı dünyanın gözləri qarşısında eyni soyqırımı siyasətini davam etdirdiyi diqqətə çatdırılır. Sonda isə qeyd olunur ki, bu hadisənin baş verməsi bir daha Ermənistanın bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə maneə olduğunu göstərir: "Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Dünya ictimaiyyəti atəşkəs dövründə baş verən təxribatların, hücumların və mülki şəxslərin qətlə yetirilməsinə lazımi reaksiya versinlər, bütün bu ədalətsizliklərə seyirçi qalmasınlar. Bəyanatda 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın indiki prezidenti Sarkisyanın Azərbaycan xalqına qarşı dünyanın gözləri qarşısında eyni soyqırımı siyasətini davam etdirdiyi diqqətə çatdırılır. Sonda isə qeyd olunur ki, bu hadisənin baş verməsi bir daha Ermənistanın bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə maneə olduğunu göstərir.

Yeri gəlmişkən qeyd edək ki, sözügedən hadisə ilə bağlı xaricdəki diplomaik korpuslarımız da fəallıq nümayiş etdiriblər. Məsələn, İtaliyanın bir qrup deputat və senatorlarının Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumunu və mülki azərbaycanlı əhalisinə qarşı təcavüzünü pisləyən bəyanatlar verməsi Ermənistanın İtaliyadakı səfiri Viktoriya Baqdasaryanı hiddətləndirib. O, İtaliyanın "Formiche" onlayn qəzetində italyan parlamentarilərinin ünvanına tənqidi fikirlər səsləndirib, habelə Ermənistan ordusunun dinc azərbaycanlı əhalisinə qarşı törətdiyi cinayətlərə haqq qazandırma çalışıb. Buna cavab olaraq "Formiche" Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin qəzetin redaksiyasına ünvanladığı məktubu dərc olunub. Məktubda Azərbaycan səfiri bildirir ki, 25 ildən çoxdur Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 20 faiz ərazisini hərbi işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, minlərlə insanın ölümü, bir milyondan çox azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olan, müasir dövrün ən dəhşətli aktlarından biri olan Xocalı soyqırımını törədən bir ölkənin səfiri olaraq Viktoriya Baqdasaryanın dedikləri çox gülüncdür: "Əgər xanım Baqdasaryan vəziyyətdən narahatdırsa, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində zərər çəkmiş mülki əhali ilə öz həmrəyliyini nümayiş etdirən və heç bir günahı olmayan ikiyaşlı Zəhranın qətlini pisləyən italyan parlamentarilərinə hiddətlənmək əvəzinə, ölkəsinə rəhbərlik edən hərbi kriminal rejimindən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsi də daxil olmaqla, beynəlxalq təşkilatların sənədlərində göstərildiyi kimi, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməli, körpənin həyatını vaxtsız itirməsi ilə bağlı kədərini ifadə etməli idi. Həmişə qeyd etdiyimiz kimi, regionda gərginliyin başlıca mənbəyi əsas hədəfi mülki azərbaycanlı əhali olan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur". Səfir Məmməd Əhmədzadə erməni səfirinə xatırladır ki, Zəhra münaqişənin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 193 azərbaycanlı uşaqdan biridir və onlardan 63-ü Ermənistan silahlı qüvvələrinin bir gecə içərisində mülki azərbaycanlı əhaliyə qarşı qanlı qırğın həyata keçirdikləri Xocalıda qətlə yetirilib: "Hələ nə qədər günahsız insanların qanı axıdılmalıdır, nə qədər körpə qətlə yetirilməlidir ki, Ermənistan öz təcavüzkar siyasətindən əl çəksin? Erməni həmkarıma heç olmasa belə bir həssas vaxtda insanlıq nümayiş etdirməyi və bu günahsız uşaqların xatirəsinə hörmət etməyi məsləhət görərdim".

Nurlan  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31