Politoloq: “Ermənistan faşizmin müasir dövrdə olan ölkəsidir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı xüsusi ilə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqların predimenti olmayıb və heç bir zaman da olmaycaq. Bu sözlər birdaha onu göstərir ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç bir zaman imkan verməz ki, onun ərazi bütövlüyü pozulsun və Azərbaycanın tarixi torpağı olan və dünyanın bütün beynəlxalq təşkilatlarının və dövlətlərinin Azərbaycanın ərazisi olaraq tanıdığı və təsdiq elədiyi Dağlıq Qarabağ və ətraf rayonlar hansısa bir işğalçı dövlətin ərazsi olsun ya da qondarma bir dövlət halında dünyaya təqdim edilsin”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı xüsusi ilə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqların predimenti olmayıb və heç bir zaman da olmaycaq. Bu sözlər birdaha onu göstərir ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç bir zaman imkan verməz ki, onun ərazi bütövlüyü pozulsun və Azərbaycanın tarixi torpağı olan və dünyanın bütün beynəlxalq təşkilatlarının və dövlətlərinin Azərbaycanın ərazisi olaraq tanıdığı və təsdiq elədiyi Dağlıq Qarabağ və ətraf rayonlar hansısa bir işğalçı dövlətin ərazsi olsun ya da qondarma bir dövlət halında dünyaya təqdim edilsin". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Ramiz Alıyevin sözlərinə görə, həmin ərazilər Azərbaycanındır və cənab Prezidentin də dediyi ki, Azərbaycan dövləti Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verilməsi ilə orada yaşayan erməni vətandaşlarının da rahat şəkildə yaşamasına şərait yaradacaq: "Cənab Prezident birdaha Azərbaycanın dünya ölkələri sırasında və beynəlxalq təşkilatların yanında artan nüfuzundan danışdı və bu da o deməkdir ki, Azərbaycan gücləndikcə Ermənistan dövləti həm nüfuz baxımından, həm də xalqının gözündən düşməkdə davam edir. 4 iyul tarixində Füzulidə ermənilər tərəfindən öldürülən Zəhra haqqında danışan cənab Prezident birdaha diqqətləri Ermənistanın müasir dövrün faşist ölkəsi olmasına yönəltdi və qeyd etdi ki, bir çox dövlətlər də bu məsələyə diqqət etdilər və gördülər ki, Ermənistan faşizmin müasir dövrdə olan ölkəsidir.

Cənab Prezidentin çıxışından birdaha aydın oldu ki, Azərbaycanın mövqeyi günü-gündən həm dünya ölkələri arasında, həm də beynəlxalq təşkilatların yanında artmaqdadır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olmamasının yeganə günahkarı Ermənistan dövlətidir və Azərbaycan tərəfi hələki bu məsələnin həllinin sülh yolu ilə olmasını istəyir və gözləyir. Ancaq Ermənistan ordusunun atəşkəsi pozması zamanı da göründüyü kimi Azərbaycan ordusu çox qısa zamanda öz ərazi bütövlüyünü təmin etməyə qadirdir bunu ötən ilin aprel döyüşləri birdaha göstərmiş oldu. Ona görə ki, Azərbaycanın həm güclü ordusu var, həm də güclü iqtisadiyyatı var həm də ən əsası xalqla hakimiyyətin bağıllığı son dərəcə qüvvətlidir və əhalinin dövlətinə böyük inamı vardır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31