"Putinin mənə dəstək verəcəyinə inanmıram"
“Moskva ilə mükəmməl əlaqələr qurmaq istəyirəm”. Məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib. Putini “Ağ evə” dəvət edib-etməyəcəyi ilə bağlı suala Tramp cavabında deyib ki, hələlik bu dəvət üçün məqam yetişməyib: “Hazırda bu səfər üçün əlverişli zamanın olmadığını düşünürəm. Amma sualınıza cavabım, əlbəttə, “hə”dir. Bəli, dəvət edərdim”.
14 İyul 2017 14:07 Dünya"Moskva ilə mükəmməl əlaqələr qurmaq istəyirəm". Məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib. Putini "Ağ evə" dəvət edib-etməyəcəyi ilə bağlı suala Tramp cavabında deyib ki, hələlik bu dəvət üçün məqam yetişməyib: "Hazırda bu səfər üçün əlverişli zamanın olmadığını düşünürəm. Amma sualınıza cavabım, əlbəttə, "hə"dir. Bəli, dəvət edərdim".
Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etmədiyini vurğulayan Tramp Putinin ona dəstək verə biləcəyinə inanmadığını bildirib: "Putinlə növbəti dəfə görüşdüyümdə ona bu sualı ünvanlayacağam: Həqiqətən kimin tərəfində idiniz?". Azvision.az