İŞİD vəhşiliyi İŞİD üzvlərinə tətbiq edildi – VİDEO
İraqın ikinci böyük şəhəri olan Mosul "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilib. Hələ də şəhərdə gizlənən İŞİD üzvlərinə rast gəlinir. İraq ordusu və silahlı könüllülərin dəstələri Mosulu terrorçulardan təmizləməyə davam edirlər. T.mizlənmə zamanı İraq ordusu İŞİD terrorçularına qarşı elə İŞİD vəhşiliyini tətbiq edirlər.
14 İyul 2017 15:18 Dünyaİraqın ikinci böyük şəhəri olan Mosul "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilib. Hələ də şəhərdə gizlənən İŞİD üzvlərinə rast gəlinir. İraq ordusu və silahlı könüllülərin dəstələri Mosulu terrorçulardan təmizləməyə davam edirlər. T.mizlənmə zamanı İraq ordusu İŞİD terrorçularına qarşı elə İŞİD vəhşiliyini tətbiq edirlər.
Belə ki, iraqlı hərbiçilər Mosuldakı binalardan birində aşkarlanan 3 İŞİD terrorçusunu qarşı xüsusi qəddarlıqla qətlə yetiriblər. Təslim olmuş terrorçuları döyəndən sonra iraqlı hərbçilər onları qayanın kənarına sürüyüblər. Terrorçuların yalvarışlarına əhəmiyyət verməyən hərbiçilər onları aşağı atıblar.
Sonra isə iraqlı hərbçilər yerə düşərək can verən İŞİD mənsublarını güllələyiblər.
Qalmaqallı video sosial şəbəkələrdə yayılandan sonra İraqın Müdafiə Nazirliyi hadisəni araşdırmağa başlayıb.