"Barcelona" yetirməsini geri qaytardı
Jerar Delofeu "Barcelona"ya geri dönüb. 23 yaşlı futbolçu iyulun 14-də ktalonların bazasında gələrək tibbi müayinədən keçib və 2019-cu ilə kimi nəzərdə tutulan müqaviləni imzalayıb. "Barcelona" müqavilə ilə "Everton"a məxsus olan yarımmüdafiəçini geri qaytarmaq üçün iyunun 30-a kimi 12 milyon avro ödəməli idi.
14 İyul 2017 17:40 İdmanJerar Delofeu "Barcelona"ya geri dönüb. 23 yaşlı futbolçu iyulun 14-də ktalonların bazasında gələrək tibbi müayinədən keçib və 2019-cu ilə kimi nəzərdə tutulan müqaviləni imzalayıb. "Barcelona" müqavilə ilə "Everton"a məxsus olan yarımmüdafiəçini geri qaytarmaq üçün iyunun 30-a kimi 12 milyon avro ödəməli idi.
Delofeu 2015-ci ildə "Everton"a keçmişdi. Ötən mövsümün ikinci yarısını "Milan"da forma geyinən havbek 17 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. Goal.az