Onların ABŞ-a girişinə qoyulan qadağa götürüldü
ABŞ-da bir ştatın federal hakimi prezident Donald Trampın təsdiq etdiyi səyahət qadağasını ləğv edib. Artıq ABŞ-ın Havai ştatında yaşayan miqrantların ailə yaxınları ölkəyə giriş edə biləcək.
14 İyul 2017 18:10 DünyaABŞ-da bir ştatın federal hakimi prezident Donald Trampın təsdiq etdiyi səyahət qadağasını ləğv edib. Artıq ABŞ-ın Havai ştatında yaşayan miqrantların ailə yaxınları ölkəyə giriş edə biləcək.
Qeyd edək ki, bu yaxınlarda yeni viza sistemi tətbiq edən prezident 6 müsəlman ölkəsinin vətəndaşlarına ABŞ-a girməyi qadağan etmiş, digər ölkə vətəndaşlarının girişini isə çətinləşdirmişdi.
Havai ştatına rəhbərlik edən hakim Vatson D.Trampın "ailə yaxınları" qavramını çox daraltdığını deyib. Buna görə də ölkədə yaşayanların baba, nənə, dayı, bibi kimi qohumlarının yaxınlarını görmək üçün ölkəyə səyahət edə biləcəklərinə qərar verib. Publika.az