15 iyul çevriliş cəhdi Türkiyəyə qarşı ən böyük xəyanət idi

2016-cı il iyulun 15-dən 16-sına keçən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd bütün türk dünyasının əbədi yaddaşına həkk olundu. Ona görə ki, dövlət çevrilişinə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu.

Heç bir qüvvə xalqın iradəsinə qalib gələ bilməz

2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd bütün türk dünyasının əbədi yaddaşına həkk olundu. Ona görə ki, dövlət çevrilişinə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Küçələrə tanklar çıxarıldı, ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi. Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı. Baş verən hadisələr deməyə əsas verir ki, Türkiyə sözün həqiqi mənasında öz soydaşına silah çevirən Vətən xainləri, terroristlərlə qarşı-qarşıya dayanmışdı. Təsadüfi deyil ki, bu səbədən məlum hadisələr "Fetoşizm" olaraq tarixə düşüb. Çünki, FETO-nun terrorçuları əsgər paltarından istifadə edərək, əsgər görünüşlü şeytana çevrilərək öz millətinin canına qəsd etdilər. Qətiyyətlə demək olar ki, Türkiyədə həmin gün baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki, həmin gecə türk xalqı dövlətinə və demokratiyaya sahib çıxmaqla dünyaya qüdrətini, əzəmətini və regionun ən güclü dövlətlərindən olduğunu bir daha göstərdi. Heç şübhəsiz ki, 15 iyulda çevrilişə cəhd edənlər Türkiyənin inkişafını istəməyən qüvvələr idi. Lakin bu qüvvələr xalqın iradəsinə bələd deyildilər. Ona görə də iyulun 15-də Türkiyə müasir tarixinin ən çətin gününü yaşadı. Həmin gün baş verən hadisələr hər hansı siyasi partiyaya və ya şəxsə qarşı deyil, sözün həqiqi mənasında, konstitusion quruluşun devrilməsi, Türkiyənin çökdürülməsi məqsədinə xidmət edirdi. Lakin Türk xalqı öz Prezidentinin ətrafında sıx birləşərək mənfur qüvvələrin öz niyyətlərinə çatmasına imkan vermədi. Prezidennt Rəcəb Tayyib Ərdoğanın liderliyi, eləcə də türk xalqının həmrəyliyi və qətiyyəti sayəsində xain niyyətlərin qarşısına keçilməz sipər çəkildi.

İyulun 15-də Türkiyə Cümhuriyyətində qanuni hakimiyyəti zorakılıqla devirmək cəhdinin qarşısının alınmasının bir ili tamam olur. O gecə yaşanan qanlı hadisələr, ölkənin Konstitusiya quruluşunu fədakarlıqla qoruyan türk xalqının mətinliyi və insanların öz canını qurban verməsi Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi böyük ehtiramla xatırlanır. Həmin gün demokratiya və qanunçuluğun müdafiəsinə qalxmış milyonlarla vətəndaş bir daha sübut etdi ki, xalqın iradəsinə heç kim qalib gələ bilməz və dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur. Siyasi ekspertlərin qənaətinə görə, 15 iyulda baş verən xain çevriliş cəhdi Türkiyəyə qarşı ən böyük xəyanətlərdən biridir. 15 iyul hadisələri zamanı günahsız insanlara qarşı silahlardan istifadə ediblər. Nəticədə 250 insan şəhid olub, 2000-dən çox insan isə yaralanıb. Bu hadisələr Türkiyə demokratiyası üçün böyük sınaq idi. Türk xalqı bu sınaqdan üzüağ çıxmağı bacardı. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq, hamı demokratiya naminə birləşərək öz gələcəyinə sahib çıxdı.Türkiyə iqtidarının dövlət çevrilişinə cəhddən qalib çıxması bir daha sübut etdi ki, türk vətəndaşları əbəs yerə canlarından keçərək dövləti və dövlətçiliyi müdafiə etməyiblər. Məhz türk xalqının iradəsi nəticəsində bu ölkənin beynəlxalq aləmdə hüfuzu günü-gündən möhkəmlənir, dünyada söz sahibinə malik ölkəyə çevrilir. Paralel olaraq ölkə daxilində milli barış, həmrəylik bərqərar olur. Faktdır ki, Türkiyə bölgədə, eləcə də dünyada ciddi bir güc faktoruna çevrilir.

Azərbaycan həmişə Türkiyənin və türk xalqının yanında odlduğunu nümayiş etrdirərək bu ölkənin demokratik yolla seçilmiş hökumətini dəstəklədi. Azərbaycan dərhal bu hadisələri dövlət çevrilişi kimi qəbul etdi və qınadı. Azərbaycan xalqı da baş verən çevrilişə yox deyərək, Türkiyədə hakimiyyətin dəyişməsinin yolunu ancaq seçkilər olduğunu ortaya qoydu. Azərbaycan dövləti və xalqı Türkiyənin legitim hakimiyyətinə öz dəstəyimi ifadə edərək, ölkənin Konstitusiya quruluşuna qəsdin qolverilməz olduğunu bəyan etdi. Bu isə onun göstəricisidir ki, Azərbaycan və Türkiyə xoş gündə də, dar gündə də bir-birinin yanındadır. Bunun bariz nümunəsi kimi Azərbaycan Prezidenti  İlham Əliyevlə Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətini göstərmək olar. Türkiyə xalqı ilə Azərbaycan xalqının birlik, həmrəylik və qardaşlıq nümunəsi digər türk-müsəlman xalqları üçün bir örnəkdir. Yeri gəlmişkən xatırladaq ki, vaxtilə Azərbaycan da eyni prosesi yaşayıb və dövlət çevrilişinə cəhdin qarşısı qətiyyətlə alınıb. Belə ki, 1993-cü ildə ölkəmizdə bənzər hadisələr yaşanıb. Həmçinin 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişi cəhdləri olub. Hər iki halda Azərbaycanda da belə xain qüvvələr şəxsi ambisiyalarını xalqın və dövlətin mənafeindən üstün tutaraq dövlətə, dövlətçiliyə əl uzatdılar, silah işlətdilər və Azərbaycanda qanuni hakimiyyəti devirməyə cəhd etdilər. Lakin şəxsi ambissiyaları milli və dövlət maraqlarından üstün tutan milli satqınların cəhdləri fiaskoya uğradı. Bu isə o anlama gəlməlidir ki, heç kim xalqın iradəsinə qalib gələ bilməz, xalqın iradəsi ölkədəki bütün iradələrdən üstündür və ona qalib gəlmək hələ tarixdə təsdiqini tapmayıb.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31