Dərd ürək tutması riskini artırır
Məlum olduğu kimi, stress ürək tutmalarına zəmin yaradır. Lakin indi alimlər hesablayıblar ki, yaxın adamın itirilməsi bu riski dərhal 21 dəfə artırır. "Circulation" jurnalına görə, riskin belə yüksək səviyyəsi faciədən sonrakı ilk gün ərzində qalır. Daha sonra bu göstərici tədricən azalır, lakin buna baxmayaraq, bütün həftə ərzində altı dəfə normadan artıq səviyyədə olur. Nəticə 2 minə yaxın adamın üzərində aparılan tədqiqat zamanı əldə olunub.
14 İyul 2017 19:29 SosialMəlum olduğu kimi, stress ürək tutmalarına zəmin yaradır. Lakin indi alimlər hesablayıblar ki, yaxın adamın itirilməsi bu riski dərhal 21 dəfə artırır. "Circulation" jurnalına görə, riskin belə yüksək səviyyəsi faciədən sonrakı ilk gün ərzində qalır. Daha sonra bu göstərici tədricən azalır, lakin buna baxmayaraq, bütün həftə ərzində altı dəfə normadan artıq səviyyədə olur. Nəticə 2 minə yaxın adamın üzərində aparılan tədqiqat zamanı əldə olunub.
Təhlükədən xəbər verən simptomlar sırasına sinədə ağrılar və boğulma daxildir. Ekspertlərin sözlərinə görə, simptomlara ürəyin əlavə yüklənməsi yol açır. Həmçinin psixoloji stress ürək döyünməsinin sürətlənməsi, təzyiqin artması, trombların yaranması, yuxunun pozulması və iştahanın itməsi ilə bağlıdır. Tədqiqatın rəhbəri, Harvard Universiteti yanında Tibb Mərkəzinin əməkdaşı doktor Mürrey Mittlmenin deyib ki, hətta ən dərdli anlarda da sağlamlığın qayğısına qalmaq lazımdır. Bunu ürək tutması keçirən 1.985 pasiyent üzərində müşahidə sübut edib.