Tehran metrosunda SİLAHLI İNSİDENT
Bəzi mənbələr Tehran metrosunda yaralananların sayının 15 nəfərə yaxın olduğunu yazıb. Hadisə zamanı yaralananlardan biri din xadimidir. İddialara görə, hadisəni törədən tək olmayıb. İran məhkəmə sisteminin rəsmi orqanı olan “Mizan” xəbər agentliyi hadisə ilə bağlı bir neçə nəfərin saxlandığı barədə məlumat dərc edib. Metro stansiya bir neçə dəqiqə bundan əvvəl iş rejimini bərpa edib. ***
15 İyul 2017 12:51 DünyaBəzi mənbələr Tehran metrosunda yaralananların sayının 15 nəfərə yaxın olduğunu yazıb.
Hadisə zamanı yaralananlardan biri din xadimidir. İddialara görə, hadisəni törədən tək olmayıb.
İran məhkəmə sisteminin rəsmi orqanı olan "Mizan" xəbər agentliyi hadisə ilə bağlı bir neçə nəfərin saxlandığı barədə məlumat dərc edib.
Metro stansiya bir neçə dəqiqə bundan əvvəl iş rejimini bərpa edib.
***
Tehranın "Şəri-rey" metro stansiyasında bir nəfər şəxs soyuq silahla sərnişinlərə hücum edib.
Naməlum şəxs 3 nəfər sərnişin və bir polis əməkdaşına bımaq xəsarəti yetirib.
polisin göstərişlərinə tabe olmayan şəxs hüquq mühafizə orqanı əməkdaşlarının atəş açması nəticəsində yaralanıb. O, xəstəxanaya çatdırılan zaman keçinib.
Hadisənin şəxsi münaqişə zəminində törədildiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Publika.az / Axar.az