Çoxmərtəbəli binada güclü yanğın

Havay adalarının paytaxtı Honoluludakı çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş yanğın zamanı azı 3 nəfər ölüb. Məlumata əsasən iki nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə həkimlər cəlb edilib. Yanğınsöndürmə xidmətinin rəisi Devid Cenkins alovun söndürülməsinə azı 100 yanğınsöndürən cəlb edildiyini qeyd edib. Yerli vaxtla saat 14:15-də başlamış alovun söndürülməsi 3 saat ərzində mümkün olmayıb.

Binanın 26-cı mərtəbəsində başlamış yanğın sonradan 25-28-ci mərtəbələrə yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31