Elçin Musaoğlu beynəlxalq film festivalının münsiflər heyətində
Tanınmış Azərbaycan kinorejissoru və ssenaristi Elçin Musaoğlu 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramının münsiflər heyətinə dəvət olunub. “Azərbaycanfilm” kinostudiyasından "Olaylar" - a bildirilib ki, festival iyulun 22-dən 28-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək.
15 İyul 2017 12:25 Teatr və kinoTanınmış Azərbaycan kinorejissoru və ssenaristi Elçin Musaoğlu 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramının münsiflər heyətinə dəvət olunub. "Azərbaycanfilm" kinostudiyasından "Olaylar" - a bildirilib ki, festival iyulun 22-dən 28-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək.
Qeyd edək ki, Elçin Musaoğlunun "40-cı qapı" və "Nabat" tammetrajlı bədii filmləri dünyanın bir çox nüfuzlu film festivallarının müsabiqə proqramlarında nümayiş etdirilib və mükafatlara layiq görülüb.