Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi yekunlaşır
Binəqədi-Novxanı-Corat yolunun tikintisi artıq yekunlaşmaq üzrədir, yol boyu son tamamlanma işləri görülür. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, avtomobil yolunun mövcud eni isə 7-9 metr arası dəyişirdi.
17 İyul 2017 12:25 SosialBinəqədi-Novxanı-Corat yolunun tikintisi artıq yekunlaşmaq üzrədir, yol boyu son tamamlanma işləri görülür. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, avtomobil yolunun mövcud eni isə 7-9 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilib. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdır. 14 km uzunluğunda olan avtomobil yolunun 8 km-lik Binəqədi və Novxanı qəsəbələrini birləşdirən hissəsi artıq tam şəkildə yenidən qurularaq sürücülərin istifadəsinə verilib. Ümumilikdə yolun sözügedən hissəsinin təqribən 100 min m2 sahəsinə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtük döşənib, zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1.2 km-lik hissəsində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Binəqədi-Novxanı-Corat avtomobil yolunun Novxanı qəsəbəsindən keçən qalan 6 km-lik hissəsində isə aparılan təmir-tikinti işləri isə son mərhələdədir. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərədə yol yatağının bərkitmə işləri aparılıb. Bundan öncə isə bu hissədə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri də aparılaraq yekunlaşdırılıb.