Gündəm

Ermənistan hərbi mövqelərini gücləndirir, çünki...

17 İyul 2017 14:01

İşğalçı Ermənistan ciddi təşviş içərisindədir. Azərbaycanın ildən-ilə hərbi qüdrətinin artması, ordumuzun yeni müasir texnika və silahlarla təchiz olunması İrəvanı bəzi qabaqlayıcı tədbirlər görmək məcburiyyətində qoyub. Xüsusilə, bir neçə gün əvvəl Rusiyadan Azərbaycana yeni silah dəstələrinin göndərilməsi, həmin texnikaların cəbhə bölgəsinə aparılması Ermənistanın qabaqlayıcı tədbirlər görməsini bir qədər də intensivləşdirib. Düşmən ölkə hazırda Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlayacağından ciddi şəkildə ehtiyatlanaraq cəbhədə hərbi mövqelərini möhkəmləndirməyə çalışır. Keçən həftə sonu Ermənistan prezidenti Serj Sərkisyanın iştirakı ilə yeni hərbi hissənin açılış mərasiminin keçirilməsi də elə İrəvanın Azəbaycanın hərbi qüdrətindən ehtiyat etdiyindən xəbər verir. Məlum olduğu kimi keçən həftə sonu Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyan və başının dəstəsi, İcevan şəhərində yeni yaradılmış hərbi hissənin açılışında iştirak ediblər.

“İkili yanaşmalar bizi ruhdan sala bilməz”

17 İyul 2017 13:56

Azərbaycan parlamenti cari ildə bir necə uğurları ilə yadda qaldı. Həm ayrı-ayrı millət vəkillərinin, həm də beynəlxalq təşkilatlardakı Azərbaycan nümayəndə heyətinin fəallığı öz bəhrəsini vermiş oldu. Konkret olaraq bir sıra beynəlxalq təşkilatlarda ölkəmizin lehinə qərarlar qəbul edilmiş oldu.

Toy mədəniyyətinə tam yeni baxışa ehtiyac var

17 İyul 2017 13:54

Son illər ən çox yazılan, müzakirə predmetinə çevrilən məsələlərdən biri də xeyir-şər məclislərində israfçılığın qarşısının alınması ilə bağlıdır. Baxmayaraq ki, bu məqsədlə müvafiq dövlət qurumları paytaxt və bölgələrdə silsilə xarakterli maarifləndirmə tədbirləri keçirir, insanları xeyir-şər məclisləri zamanı israfçılığa yol verməməyə çağırırlar, lakin hələ də qeyd edilən mənfi hallara rast gəlmək mümkündür.

Ermənistanda faşizm ideologiyası hökmrandır

17 İyul 2017 13:51

Ermənistanda faşizm ideologiyası tam hökmrandır. Düşmən ölkədə çöldə qoyun otaran çobandan tutmuş, prezidentlərinə qədər hamı "Böyük Ermənistan" yaratmaq xülyası ilə alışıb yanırlar. Hamısı da bu ideyada birləşirlər.

"Qarabağ"ın mümkün rəqibindən heç-heçə

17 İyul 2017 13:48

"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki mümkün rəqibi "Şerif" Moldova liqasında növbəti oyununa çıxıb. Komanda 2-ci turda səfərdə "Daçia" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

İşğal olunmuş ərazilərin azad edilməsi üçün YEGANƏ YOL: Rusiya...

17 İyul 2017 13:46

“Krım və Donbasın işğal edilmiş rayonlarının Ukrayna tərkibinə hərbi yolla qaytarılması ehtimalı çox kiçikdir”. Bunu “Apostrof” nəşrinə müsahibəsində Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuk deyib.

"Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir"

17 İyul 2017 13:45

"Azərbaycan xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır, Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir".

Dekoltesinə görə tənqid edilən Elnarə Xəlilova: “Birdəfəlik o quş beyninizə...”

17 İyul 2017 13:43

Elnarə Xəlilovanın geyim tərzi sosial şəbəkədə müzakirə mövuzusu olub. Dünən müğənninin kiçik oğlu Ərtoğrulun bir yaşının tamam olması münasibətilə doğum günü şənliyi keçirilib. İfaçı oğlunun doğum günündə çəkilən şəkilləri instaqramda paylaşıb. E.Xəlilovanın mərasim üçün seçdiyi açıq sinə dekolteli libası təndiqə səbəb olub.

“300 kilometr radiusda...” - ABŞ təmas xəttində kəşfiyyat toplayır

17 İyul 2017 13:34

ABŞ-ın strateji “RQ-4A Global Hawk” pilotsuz təyyarəsi Ukraynanın Donbas bölgəsi üzərində növbəti kəşfiyyat uçuşunu həyata keçirib. Bu haqda Rusiyanın “Korrespondent” nəşri hərbi aviasiyanın uçuşlarını izləyən qərb saytlarına istinadən yazıb.

Hakkaridə partlayış

17 İyul 2017 13:24

Türkiyənin Hakkari vilayətinin Yüksekova bölgəsində Esendere bələdiyyəsinin ərazisinə məxsus  Ovaiçi  yaxınlığında partlayış baş verib. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki,  hadisə İranla sərhədinə 15 kilometr məsafədə baş verib. Partlayış yerinə çoxlu sayda təcili yardım maşınları cəlb edilib. Həmçinin yanğını söndürmək üçün  bölgəyə hava dəstəkli əməliyyat başladıldığı bildirilib.

Zlatan İbrahimoviç MLS klubuna rədd cavabı verdi

17 İyul 2017 13:15

Zlatan İbrahimoviç "LA Galaxy" klubunun təklifini qəbul etməyib. İsveçli ulduz "Manchester United"ə qayıtmağa ümid edir. Kaliforniya təmsilçisi Zlatana illik 7.7 milyon dollar məvacib təklif etmişdi. İbrahimoviç buna razı olsaydı, MLS-in ən ödənişli futbolçusuna çevriləcəkdi. 35 yaşlı forvard hazırda zədəsini bərpa etməklə məşğuldur.

Makron: “Trampı razı salacağam”

17 İyul 2017 13:08

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp haqqında açıqlama verib. Prezident gələcək aylarda Trampın “Paris İqlim Sözləşməsi”nə yenidən daxil olması üçün razı salacağını deyib.

Azər Həsrət: “Azərbaycanla Latviyanın tarixə söykənən münasibətləri var”

17 İyul 2017 13:07

“Azərbaycan dövləti istər Avropa Birliyi, istərsə də ona üzv dövlətlərlə ikitərəfli, bərabərhüquqlu və qarşılıqlı hörmətə söykənən münasibətlərin qurulmasında maraqlıdır və daim bu kursa sadiqdir.

İçərisində xəstə olan təcili tibbi yardım maşını yanıb

17 İyul 2017 13:05

Bakıda təcili tibbi yardım maşını yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a  verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

"Həmsədrlərin münaqişənin həlli ilə bağlı yeni planı var"

17 İyul 2017 12:53

“Əslində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə bağlı məsələ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə müzakirə olunmuşdu. Həmin görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərdən görüşlə bağlı məsələni öz dövlət başçılarına məruzə etmələrini xahiş etdilər. Düşünürəm ki, bu, ATƏT-in Minsk qrupunun narahatçılığından irəli gəlir”.