Gündəm
Silahlı Qüvvələrdə Şah İsmayıl Xətainin 530 illiyi qeyd edilir
Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyi Silahlı Qüvvələrdə də geniş qeyd edilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Gəncə qarnizonundakı hərbi hissələrdən birində keçirilən "Ulu şahım, qılıncına söykənim!" adlı vətənpərvərlik tədbiri başlamazdan öncə qonaqlar və şəxsi heyət Gəncə Qarnizonu Zabitlər Evinin təşkil etdiyi Azərbaycan tarixində mövcud olan dövlətlərin bayraqlarından ibarət sərgi ilə tanış olublar. Sərgidə Səfəvilər, Qaraqoyunlular, Ağqoyunlular, Eldənizlər, Cəlairlər dövlətlərinin, İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Gəncə, Şəki xanlıqlarının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan SSR-in bayraqları nümayiş etdirilib, hər bir bayrağın rəngi və simvolları barədə ətraflı məlumat verilib.
Məsciddə partlayış
Nigeriyanın şimal-şərqində partlayış baş verib. Partlayış nəticəsində azı 8 nəfərin həlak olduğu bildirilir. Fövqəladə Hallar üzrə agentliyin rəhbəri Əhməd Satomi daha 15 nəfərin yaralandığını deyib.
Daxili orqanında narkotik vasitə aşkar olunub
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə,baxış zamanı həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 46,005 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda ev oğruları saxlanıb
Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirib.“Olaylar” DİN-ə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tərbirləri nəticəsində bu cinayətləri törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Məzahir Əliyev saxlanılıb.
DİN: “İcra Hakimiyyətinin əməkdaşlarına atəş açan şəxs əvvəllər də məhkum olunub”
Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına atəş açan şəxslə bağlı məlumat yayıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E. Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.
Daha 196 əmlak hərraca çıxarılacaq
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 avqust tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 196 dövlət əmlakına sahib olmaq imkanı var. Bildirilir ki, bunlardan 75-i kiçik dövlət müəssisə və obyekti, 101-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kənd-kimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Sabirabad Mexanikləşdirmə“, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat “, “Bərdə Kəndkimya”, “Ucar Tikinti”, “Kürdəmir Aqrotexservis” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Nəzərə çatdırılır ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Polislə qarşıdurma: 1 ölü, 56 yaralı var
Misirin Giza şəhərində təhlükəsizlik qüvvələri ilə yerli əhali arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı 1 nəfər dünyasını dəyişib, 37-i polis olmaqla, 56 nəfər yaralanıb. Hadisəyə səbəb hökumətin şəhər əhalisinin yaşayış yerlərini sökmək istəyi olub. Qarşıdurma zamanı 10 sivil vətəndaş polis bölməsinə aparılıb.
Bu il Türkiyəyə 243 mindən çox Azərbaycan vətəndaşı səfər edib
2017-ci ilin yanvar-may ayları ərzində Türkiyəyə ümumilikdə 8 mln. 762,509 min nəfər xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,55% çoxdur. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə Rusiyadan Türkiyəyə 928,376 min nəfər səfər edib. Siyahının lideri Rusiyanın ardınca qardaş ölkəyə ən çox Gürcüstan vətəndaşları gəlib ki, onların sayı 874,955 min nəfər təşkil edib.
Lunaparkda faciə: 33 nəfər xəsarət aldı
İspaniyanın paytaxtı Madriddə yerləşən bir lunaparkda sürət qatarı əyləncəsi faciəyə çevrilib. Karuselin vaqonlarının toqquşması nəticəsində 6-ı azyaşlı olmaqla, 33 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Sarkisyan: "Rusiyanın Azərbaycana silah satması Rusiya-Ermənistan münasibətlərin ən ağrılı tərəfidir"
Rusiyanın Azərbaycana silah satması Rusiya-Ermənistan münasibətlərin ən ağrılı tərəfidir. Bu barədə Ermənistan prezidentiSerj Sarkisyan "Armenia TV"-yə müsahibəsində bildirib. S. Sarkisyan deyib ki, bu məsələ Ermənistan-Rusiya dostluğunun, Ermənistan-Rusiya hərbi əməkdaşlığının ən ağrılı tərəfidir.
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
İyulun 17-də Riqada sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Latviya prezidenti Raymonds Veyonis və Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər. Bu barədə Azərbaycan prezidentinin mətbuzt xidməti məlumat yayıb.
İşlədiyi şirkətdən pul oğurlayaraq mərc oyununda uduzub
Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinə külli miqdarda ziyan vurmaqla törədilən cinayətin üstü açılıb və bu hüquqazidd əməli törədən qrupun üzvləri zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxt ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub. Məlumat daxil olan kimi DİN-in Baş Cinayət Axtarış İdarəsi (BCAİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ və 17-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib. Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.
Nazirlər Bakıda görüşəcək
İyulun 18-19-da Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçiriləcək.
Azərbaycan Rusiyanın Suriyada gerçəkləşdirdiyi hərbi əməliyyatları öyrənir və öz torpaqlarında oxşar addımlar ata bilər
Məlum aprel döyüşləri və Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatından bir ildən artıq vaxt keçsə də, hələ də zaman-zaman həmin döyüşlər barədə bəzi mətləblər üzə çıxır, indiyə qədər ictimaiyyət üçün məlum olmayan informasiyalar, məlumatlar yayılır. Maraqlısı odur ki, bu kimi informasiyalar həm Ermənistan, həm də Azərbaycan tərəfindən səslənir.
Bank sektorunda ciddi islahatların aparılmasına ehtiyac var
Bazar iqtisadiyyatı şəraitində yaşayan əksər ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadiyyatın dinamik inkişafında əsas amillərdən biri bank sektoru hesab olunur. Xüsusən, qeyri-neft sektorunun dayanıqlı inkişafının təminatında bank sistemi xüsusi əhəmiyyətə malikdir.














