Gündəm
Zığ - Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir
Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində dövlət başçısının verdiyi tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Zığ-Hövsan avtomobil yolunda 3 yerüstü piyada keçidi inşa edilir. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-nin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, yeni piyada keçidləri sözügeən yolun 1.8, 2.7 və 4.4-cü km-lik hissələrində yerləşir. Keçidlərin hər birinin uzunluqları 41.2 metr, qalereyasının eni 3.8 metr, hündürlüyü isə 3 metrdir.Üstü bağlı və 2 aşırımlı (orta dayaqlı) olan keçidlərin yol səthindən hündürlüyü 5.7 metr təşkil edir. Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub.
Azərbaycanın torpaq, insan itkisini kompensasiya edəcək bir razılaşma yoxdur
Yenə Azərbaycana qarşı ikili standartlar, haqq və hüququmuzun tanınmaması, hətta bir çox hallarda tapdalanması kimi mənfi situasiya ilə baş-başayıq. Özü də bu proses sanki mərhələli şəkildə, ötür-ötür oyunu ilə davam edir. Əgər bir müddət əvvəl Azərbaycan Qərbdən, Avropadan bu cür yanaşma, qeyri-obyektiv mövqe ilə qarşılaşırdısa, indi Qərbi, Avropanı şimal qonşumuz əvəzləyib. Yanaşma, Azərbaycanın mövqeyinə sayğısızlıq indi daha çox Rusiyadan müşahidə edilir.
Musiqili Teatr mövsümü premyera ilə başa vurdu
Musiqili Teatrı 107-ci teatr mövsümünü premyera ilə başa vurub. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu“Olaylar” –a bildirib ki, tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası təqdim olunub.
Azərbaycanda müstəqil mətbuat formalaşıb
Saylı günlərdən sonra Azərbaycanda Milli Mətbuat Günü qeyd ediləcək. Milli mətbuatımızın yaranmasından 142 il keçsə də, jurnalistikanın qarşısına qoyulan məqsəd və vəzifələr dəyişməz qalıb. Maraqlıdır, hazırkı Azərbaycan mediası üzərinə düşən vəzifələri yerinə yetirə bilirmi? Əvvala qeyd edək ki, mətbuatın üzərinə düşən vəzifələr ilk növbədə obyektivlik və qərəzsizlikdir. Cəmiyyəti informasiya ilə təmin etmək, eyni zamanda maarifçilik missiyasını qeyd etmək lazımdır.
Peskov Bağdadinin öldürülməsi barədə danışdı
Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov jurnalistlərin İŞİD lideri Əbubəkr ƏI-Bağdadinin ölümü ilə bağlı verilən məlumatları şərh edib. Bununla bağlı Putinin sözçüsü deyib: "Bizdə daha dəqiq məlumat yoxdur. İnformasiya, doğrudan da, ziddiyyətlidir, yoxlayırıq".
Yerə təhlükəli meteorit yaxınlaşır - Gözlə görmək mümkün olacaq
İyulun 23-də Yer kürəsinin yaxınlığından meteorit keçəcək. Meteoritin 40-90 metr böyüklüyündə olduğu bildirilir. Məlumata görə, göy cismi bu gün səhər saatlarında Yerdən təxminən 1,2 milyon km uzaqlığında keçən meteoritdən 40 min km daha yaxın keçəcək.
Politoloq: “Azərbaycan torpaqlarını azad etmək üçün bütün imkanlara malikdir”
“Dağlıq Qarabağ münaqişəsinin nə hərb, nə sülh vəziyyətində saxlanması taktikası artıq iflasa uğramaq üzrədir. Bu münaqişəni yaradanların münaqişəni Ermənistanın xeyirinə çevirmək planları bütünlüklə fiaskoya uğradı. Azərbaycan torpaqlarını işğal edərək Ermənistan adına sənədləşdirməyə çalışan qüvvələrin bu məsələdə yanıldıqları artıq faktdır”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Cənubi Koreyadan Şimali Koreyaya SÜLH ÇAĞIRIŞI
Cənubi Koreya Yapon dənizində ballistik raket sınaqları keçirərək ilk qitələrarası sınağını uğurla başa vuran Şimali Koreya ilə hərbi görüşlər keçirmək təklifini verib. Cənubi Koreya ərazilərinə atılan ballistik raketlərdən sonra iki ölkə müharibənin astanasında idi.
Benzinin qiymətinin artırılması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək
Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilmişdir.
Uşaqlarda stressə səbəb olan başlıca səbəblər
Uşaqlar ətrafda baş verənlərə böyüklərin təsəvvür edə bilmədikləri qədər həssas yanaşırlar. Hər şey onlara daha tez təsir edir. Belə mənfi təsirlər zamanı uşaqlar da psixoloji pozuntulardan olan stress yaranır. Bəs uşaqlarda stress nə zamandan özünü büruzə verməyə başlayır? Psixoloq Şəbnəm Hüseynova deyir ki, stressi uşaqlar dünyaya gələn andan onlar üçün yeni olan mühitdə keçirməyə başlayırlar. Onun sözlərinə görə, uşaqlar, xüsusilə adapdatasiya dövrlərində stress halları keçirirlər: “Belə ki, uşaq baxçasına gedəndə, ailədə söz – söhbət olanda, xəstələnəndə məktəbə getməyə başlayanda və s. stressə məruz qalırlar. Valideynlər əksər hallarda uşaqların stress keçirdiyini anlamırlar. Onlar uşaqda baş verən dəyişiklikləri ya onun şıltağlığında, özünü pis aparması, ya da səhhətində yaranan problemlərə bağlayırlar.
18 yaşlı oğlan kanalda boğulub
Qusar sakini su kanalında çimərkən boğulub.“Olaylar” xəbər verir ki, rayonun Əniğoba kənd sakini 18 yaşlı Akif Abbasəli oğlu Allahyarov Xan arxında çimərkən boğularaq ölüb. Onun meyiti kanaldan çıxarılıb. Hadisə yerinə Qusar rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. Meyit Qusar Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.
Telefon oğrusu yaxalanıb
Oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 14-də Gəncə şəhər sakini Rəşad Qasımovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən həmyerlisi Ramin Əsgərov Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.
Ən çox korrupsiya əməli hansı sahələrdə baş verib?
“Bank sahəsində 32 şəxs barəsində 19 cinayəti işi istintaq edilərək məhkəmələrə göndərilib”. “Olaylar” xəbər verir ki, bunu Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında bildirib. K.Əliyev deyib ki, Azərbaycanda bu ilin 6 ayı ərzində ən çox korrupsiya faktı özəl sektorda aşkarlanıb. Onun sözlərinə görə, 6 ay ərzində özəl sektorda 28 şəxs barəsində 25 cinayət işi başlanıb: “İdarə rəisi deyib ki, bunla yanaşı, təhsil sahəsində 12 şəxs barəsində 10 cinayət işi, tikinti sahəsində 5 şəxs barəsində 4 cinayət işi, Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyinin 5 əməkdaşı barədə 3, yerli icra hakimiyyəti orqanları ilə bağlı 4 şəxs barəsində 4, gömrük sahəsində isə 2 şəxs barəsində 1 cinayət işi açılıb”.
Jurnalistlər pulsiz müayinə olunacaqlar
Bakıda media nümayəndələrin üçün 22 iyul – Milli Mətbuat Gününə həsr olunan “Gələcəyə sağlam baxış ” adlı aksiya keçiriləcək. “Olaylar” xəbər verir ki, aksiya iyulun 21-də keçiriləcək. Həmin gün media təmsilçiləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xidmətlərindən yararlana, gözlərini müayinə etdirə biləcəklər . Gözlərini müayinə etdirmək istəyən media nümayəndələri iyulun 21-də səhər saat 9.00-dan 16.00-dək mərkəzə müraciət edə bilərlər.
Xalq qəhrəmanı Soltan bəy Soltanovun xatirəsinə həsr olunmuş turnir keçirilib
Bakı şəhəri Balaxanı İdman Kompleksində, Azərbaycan Alpaqut Federasiyası və Laçın rayonu Gənclər və İdman İdarəsinin birgə təşkil etdikləri xalq qəhrəmanı Soltan bəy Soltanovun xatirəsinə həsr olunmuş açıq turnir həyata keçirilib. Federasiyadan “OLAYLAR”-a bildirilib ki, Alpaqut Federasiyasının prezidenti Aqil Acalov tədbirdə çıxış edərək bildirib ki, federasiya bir daha öz ənənəsinə sadiq qalaraq, idmançılar arasında vətənpərvərlik ruhunun təbliğatı çərçivəsində uğurlu tədbirlərini davam etdirir və hazırkı turnirin də keçirilməsində əsas məqsəd, 1905-1906-cı illərdə Qarabağ bölgəsində, xüsusilə Laçın və Şuşada ermənlərin azərbaycanlılara qarşı törətmək istədikləri vəhşi cinayətlərinin qarşısını alan Azərbaycan xalq qəhrəmanı Soltan bəy Soltanovun əziz xatirəsini yad etməkdən ibarət olub.


.jpg)











