Gündəm
Ağır atletlərimiz Avropa çempionatında mübarizə aparacaq
Ağır atletika üzrə qadınlardan ibarət yığma komandamız AAAF Park Astaradakı təlim-məşq bazasında hazırlıqlarını davam etdirir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər.
6 ayda 747.107 əcnəbi və vətəndaşlığı olmayan şəxs Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb
Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, müşavirədə DMX-nin rəisi Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.
Dövlət Dumasından Ermənistana təklif: Rus dilini rəsmi dil elan edin
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistana respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib. Bu təkliflə o, Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşdə çıxış edib.
Məşhur “Vertu” telefonlarının istehsalı dayandırılacaq?
Türkiyəli işadamı Hakan Uzanın 4 ay bundan öncə çinli biznesmendən aldığı məşhur lyuks mobil telefon markası "Vertu"nun ləğv olunacağı bildirilib. Türkiyə mətbuatı yazır ki, brilyant və qiymətli metallarla işlənib hazırlanan telefonlar istehsal edən "Vertu" son zaman maliyyə problemləri ilə üzləşmişdi. H.Uzan 1,9 mlrd. funt sterlinq yatırımla şirkəti iflasdan qurtarmağa çalışsa da, 128 mlrd. funt sterlinq büdcə kəsiri buna imkan verməyib. Şirkət "Vertu"nun artıq ləğv olunma prosesinə daxil olduğunu bəyan edib.
Tələbə köçürülmələri ilə bağlı sənəd qəbuluna başlanıldı
Bu gündən ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üçün elektron qaydada sənəd qəbuluna başlanılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, transfer.edu.az portalı vasitəsi ilə aparılacaq sənəd qəbulu avqustun 15-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçə bilərlər. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Həbs olunan generalın oğlundan etiraf
"Sürücü Rüstəm Orucovun xəbərdarlıqlarına məhəl qoymayıb". Bu sözləri açıqlamasında bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun vəkili Pəhləvan Aslanov bildirib. Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Rüstəm Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.
"WhatsApp"dan daha bir yenilik
Populyar "WhatsApp" messenceri öz əlavəsində "YouTube" videolarını dəstəkləməyə başlayacaq. Tərtibatçılar gizli imkanlara malik yeni funksiyanın sınaqlarına başlayıblar. Bu isə keçid olmadan dərhal messencerin özündə populyar video hostinqdə videoya baxmaq imkanıdır. Yeni funksiyanı artıq əlavənin 2.17.40 versiyasında istifadə etmək mümkündür. Videoçarxlar birbaşa olaraq əlavədə açılır və "WhatsApp" istifadəçilərinin əlavə proqramlardan istifadə etmək işini asanlaşdırır.
Elmar Məmmədyarov: "Xəzər dənizinin statusu üzrə yekun sənəd 80 faiz razılaşdırılıb"
"Xəzərin statusu ilə bağlı yekun sənəd 80 faiz razılaşdırılıb, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti yaranıb". Bunu Azərbaycanın xarisi işlər Naziri Elmar Məmmədyarov "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır"
"Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində deyib.
Sərhəddəki qorxulu xəstəlik: iki xəstəxana hazır vəziyyətə gətirildi
Azərbaycanla həmsərhəd dövlətlərdə, xüsusilə də İranda son zamanlar Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı vəziyyət gərginləşib. Bir neçə il əvvəl bu xəstəlik Gürcüstanda onlarla xəstənin ağırlaşmasına, iki nəfərin ölümünə səbəb olmuşdu. Xəstəliyin ən gərgin dövrü iyul ayı hesab edilir. Səhiyyə naziri Oqtay Şirəliyev xəstəliyin qarşısını almaq məqsədilə "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Həkimlər məlumatlandırılıb, xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.
Ukraynada azərbaycanlı iş adamı yoxa çıxdı
Ukraynanın Luqansk vilayətinin Zorinsk şəhərində yaşayan azərbaycanlı iş adamı evdən Kiyevə getmək adı ilə çıxıb və geri qayıtmayıb, onunla bütün əlaqə kəsilib. Luqanskda yaşayan azərbaycanlıların APA-ya verdiyi məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, 1971-ci il təvəllüdlü Ruslan Mirzəyev artıq bir həftədir ki, itkin düşüb.
Rusiyada Azərbaycan vətəndaşı sui-qəsd cəhdində ittiham edilir
Arxangelsk şəhərinin Lomonosov rayon Məhkəməsi Azərbaycan vətəndaşı olan 33 yaşlı Əkbər A-nı dövlət sərhədini qanunsuz keçməkdə və sui-qəsd cəhdində təqsirli bilib. Bu barədə Rusiya mətbuatı xəbər verir.
Həbsdə olan general: "Elə qaçardım ki, izimi tapa bilməzdiniz"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hicran Hüseynova: “Dinc əhali erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalır”
17 iyul 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmas və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən “Olaylar”a verilən məlumata görə, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən xanım Hicran Hüseynova ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu bildirib. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir.
Vergilər naziri Ağsuda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 21 iyul 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Ağsu rayon Vergi Ödəyicilərinə Xidmət Mərkəzində (ünvan: Ağsu rayonu, M.Ə. Rəsulzadə küçəsi) Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.














