Vergilər naziri Ağsuda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 21 iyul 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Ağsu rayon Vergi Ödəyicilərinə Xidmət Mərkəzində (ünvan: Ağsu rayonu, M.Ə. Rəsulzadə küçəsi) Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
17 İyul 2017 15:58 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 21 iyul 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Ağsu rayon Vergi Ödəyicilərinə Xidmət Mərkəzində (ünvan: Ağsu rayonu, M.Ə. Rəsulzadə küçəsi) Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.