6 ayda 747.107 əcnəbi və vətəndaşlığı olmayan şəxs Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb

Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, müşavirədə DMX-nin rəisi Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, müşavirədə DMX-nin rəisi Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, cari ilin birinci yarısında 1.199.770 halda 747.107 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduqları Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb. Bu rəqəm 2016-cı ilin müvafiq dövründə 955.279 halda 529.924 olub. 6 ay ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 328.159 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib ki, bu da ötəni ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Bu ilin birinci yarısında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilməklə 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı 5.391 qərar qəbul olunub. 2017-ci ilin 6 ayı ərzində Xidmətin Çağrı mərkəzinə 46.992 zəng daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31