Gündəm
Əmək Nazirliyində Avstriyanın ailə və gənclərlə iş üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Avstriya Respublikasının ailə və gənclərlə iş üzrə naziri Sofi Karmazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Nümayəndə heyətinə Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Gerald Gerstbauer, Avstriya federal nazirinin kabinet rəisi Maria Han-Blaybtroy, federal nazirin kabinetinin Avropa İttifaqı (Aİ) və beynəlxalq əlaqələr üzrə əməkdaşı Ştefani Qnesda və b. daxildir.
Ardıcıl zəlzələlər
Kamçatkada səhər saatlarında baş vermiş 6,3 bal gücündə zəlzələnin ardınca daha bir yeraltı təkan qeydə alınıb. Yerli seysmoloji stansiyadan verilən məlumata görə, növbəti təkanlar 5,1 bal gücündə olub.
"Türkiyə Azərbaycanın neft və qaz layihələrindən 8 milyard dollar qazanıb"
“Türkiyə dövləti və şirkətləri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, Trans-Anadolu qaz boru kəməri (TANAP), “Şahdəniz” layihələrinin icrasından 8 mlrd. ABŞ dollarından çox gəlir əldə edib”.
“Yay imtahanında qaydaları pozanların yaz imtahan nəticələri də ləğv olunacaq”
Dövlət İmtahan Mərkəzi iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 16-da saat 18:06-dan etibarən elan edib. İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Həmçinin abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Azərbaycanda doğulan körpələrə daha çox bu adlar verilir
Bu ilin ilk altı ayında Azərbaycanda doğulan körpələrə daha çox hansı adların verildiyi məlum olub. Ədliyyə Nazirliyindən bildirilib ki, bu ilin ilk yarısında 1343 körpəyə Yusif, 1006-sına Əli, 900-nə Hüseyn, 752 körpəyə Ömər, 694-nə Uğur, 668-nə Məhəmməd, 608-nə Murad, 489-na Ayxan, 410 oğlana İbrahim, 400-nə Tunar adları verilib.
Deputat: “Biz ədalətli, beynəlxalq hüququn prinsiplərinə söykənən danışıqlar aparılmasında maraqlıyıq”
Azərbaycan prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün sülh yolu ilə bərpasına çalışır. Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü haqqında proqnozlarını bildirərkən deyib. O qeyd edib ki, prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin daha dəqiq, obyektiv və substantiv keçməsinin tərəfdarıdır: “Xarici işlər nazirləri səviyyəsində və həmsədrlər tərəfindən bu məsələ üzərində iş aparılır. Hər birimiz maraqlıyıq ki, ədalətli, beynəlxalq hüququn prinsiplərinə söykənən danışıqlar aparılsın”.
Azərbaycanlı jurnalistlər xarici həmkarlarına Zəhranı anlatdılar
Türkiyədə səfərdə olan Azərbaycanın media nümayəndələri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirilən Zəhra Quliyeva ilə bağlı məlumatları xarici jurnalistlərə çatdırıblar.
MEK – də təlim
AMEA Mərkəzi Elmi Kitabxanasında Vahid Qeydiyyat Sisteminin (VQS) təşkili və Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin tətbiqi ilə bağlı təlim keçirilib. Kitabxanadan “Olaylar” – a bildirilib ki, təlim MEK-in Elektron kataloqun koordinasiya bölməsinin rəhbəri Günel Əhədova tərəfindən aparılıb. Təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub. Əsasən Kitabxana-xidmət şöbəsinin və Proqramçılar bölməsinin əməkdaşlarının iştirak etdiyi təlimdə kataloqlaşdırma modullarında edilən yeniliklərdən, MRY-da iş sisteminin xüsusiyyətlərindən bəhs edilib. MRY-a daxil edilən kitabların siyahısını açıqlayan G.Əhədova elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib, dəqiqliyin vacib şərt olduğunu vurğulayıb. Sonra seçilmiş sənədlərin MRY-a daxil edilməsi ilə bağlı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallara aydınlıq gətirilib.
"Gənc Heydərçilər" Qusara istirahətə yola salınıb
Müdafiə Nazirliyi ilə Səbail rayon icra hakimiyyətinin birgə layihəsi əsasında ön cəbhə xəttində xidmət edən hərbi qulluqçuların övladları, şəhid uşaqları, eləcə də rayonun məktəblərində təhsildə fərqlənən şagirdlərdən ibarət 150 nəfərlik qrup Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay düşərgəsinə yola salınıb.
Ölkədə sənayeləşmə templəri yüksəlib
«Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası hər bir sahənin, o cümlədən sənayenin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsi ilə səciyyələnir. Son illərdə ölkədə sənayeləşmə templəri yüksəlib, iqtisadiyyatın aparıcı və ənənəvi sahələrindən olan metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər istehsal sahələri genişlənməklə bərabər, yeni sənaye sahələri yaradılıb».
Latviya prezidenti: “Azərbaycan-Aİ əlaqələri “Şərq tərəfdaşlığı” sammitində konkret formasını tapacaq”
“Latviya bu iki tərəf arasında –Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqıarasında əməkdaşlıq daha da genişləndirilsin”. Bunu Riqada Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata açıqlama verən Latviya prezidenti Raymonds Veyonis deyib.
Prezident: “Azərbaycan-Latviya Birgə Bəyannaməsi Aİ ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün gözəl əsas yaradır”
“Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir”. Bunu Riqada Latviya prezidenti ilə birgə mətbuata açıqlama verən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident: “Azərbaycan milyardlarla dollar sərmayə qoyur ki, Cənub Qaz Dəhlizi tezliklə reallaşsın”
"Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir”. Bunu Riqada Latviya prezidenti ilə birgə mətbuata açıqlama verən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Hərbi gəmi batdı
Kameronun cənub-qərbindən Debunşadan hərəkət edən hərbi gəmi Atlas Okeanının sularında batıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Kamerun Müdafiə Nazirliyi cənub Debunsha şəhərindən Bakassi bölgəsinə gedən gəminin batdığını təsdiq edib. Recovery əməliyyatı üçün göndərilən əsgərlərdən yalnız üçü sahilə sağ çıxa bilib. 34 əsgərdən xəbər yoxdu. BBC gəmidəki əsgərlərin yüksək birliklərə mənsub olduğunu və Nigeriya mərkəzli Boko Harama qarşı göndərildiklərini qeyd edib.
Sürücü yol polisinin maşınını balta ilə doğradı
Bakıda yol polisinin saxladığı sürücü müqavimət göstərib. Məlumata görə, gecə saat 01:30 radələrində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 dövlət nömrə nişanlı xidməti “BMW” “VAZ 21011” markalı, 01 BR 911 nömrəli avtomobili saxlayıb.














