Gündəm
Təyyarə təcili Qahirəyə endi
İstanbuldan Ciddəyə uçan Türk Hava Yollarına məxsus təyyarə Qahirə hava limanına təcili eniş edib. Təyyarədəki 49 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olan Umar Vedad adlı bir sərnişinin ürək tutması səbəbi ilə təyyarə təcili olaraq Qahirə hava limanına enib. Xəstə təcili olaraq xəstəxanaya çatdırılıb. Təyyarənin daha sonra uçuşu davam etdirdiyi bildirilir.
Avropada xəstə at əti əməliyyatı
İspaniyada aylarca davam edən əməliyyat axtarış tədbirləri nəticəsində 65 nəfər həbs olunub. Məlumata əsasən kütləvi həbsin səbəbi bir qrup şəbəkənin bir çox Avropa ölkələrindəki üzvləri ilə birgə çoxlu miqdarda xəstə at əti satmasıdır. Cinayətkar dəstənin rəhbərlərindən olan bir hollandiyalı iş adamının da həbs edildiyi bildirilir.
Elm dünyası şokda - 11 işıq ili uzaqlıqdakı ulduzdan qəribə siqnallar göndərildi
Elm dünyası 11 işıq ili uzaqlıqdan gələn qəribə siqnallara şahidlik edib. Yerdən 11 işıq ili uzaqlıqda olan "Ross 128" ulduzundan qəribə mesajlar göndərilib.
Tokay Məmmədov Prezidentin fəxri diplomu ilə təltif edildi
Prezident İlham Əliyev Tokay Məmmədovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
İNANILMAZ! Ana öləndən 123 gün sonra əkizləri doğuldu
Braziliyada yaşayan Frankielen da Silva adlı 21 yaşlı qadında hamiləliyin 9-cu həftəsində beyin qansızması baş verib. Həyat yoldaşı ölüm ayağında olan qadını klinikaya gətirib, lakin burada ona kömək edə bilməyiblər. 3 gün sonra həkimlər "beyin ölümü"nü təsdiq ediblər. Beyin ölümü bütün orqanizmin ölümü deməkdir. Ürək dayandıqda (ürək ölümü) insanı yenidən həyata qaytarmaq mümkün olsa da, beyin ölümü zamanı bu mümkün deyil. Beyin öləndə ürək və digər orqanlar bir müddət xüsusi tibbi avadınlaqların köməyi ilə işləsə də, belə insan faktiki olaraq "diri ölü"dür.
“Muğam izaholunmaz bir dünyadı...” -VİDEO
Muradov Elsevər Səxavət oğlu. 1989 – cu ildə Astara rayonunun Siyaku kəndində doğulmuşam. Kənddə istedadlı uşaqları seçirdilər. 2001 – ci ildə rayon üzrə “İstedad axtarırıq” müsabiqəsinin birincisi oldum.
İcra Hakimiyyətinin nümayəndələrinə atəş açmış şəxs həbs edildi
Novxanıda hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərmiş şəxs həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 14-də əvvəllər məhkum edilmiş Sumqayıt şəhər sakini, Novruzov Eldar Ağabala oğlu Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yolun genişlənməsi və abadlıq-quruculuq işlərinin aparılmasına, həmçinin ümumi görünüşə xələl gətirən reklam lövhələrinin dəyişdirilməsinə etiraz əlaməti olaraq heç bir əsaslı səbəb olmadan, həmin vaxt küçədə olan şəxslərin gözləri qarşısında üstündə gəzdirdiyi "Makarov" markalı tapança ilə onlara tərəf 3 dəfə atəş açıb.
Natavanın toyunun olacağı məkandan ilk GÖRÜNTÜ
Xəbər verdiyimiz kimi, bu gün müğənni Natavan Həbibi və reper Dado Əliyevin (Səid) toyudur. Toy "Neolit" şadlıq evində baş tutacaq. Məkanın bəzədilməsini Natavan həmkarı və rəfiqəsi Xuraman Şuşalıya həvalə edib.
Qafqazda genişlənmə: Rusiya-NATO arasında MÜHARİBƏ MEYDANI
Gürcüstanın NATO-ya girişi haqqında məsələ ABŞ Konqresində yenidən qaldırılıb. Konqresdə Gürcüstanın NATO-ya girişinin dəstəklənməsi, həmçinin “Sülh Naminə Tərəfdaşlıq” proqramında Kosovonun iştirakı təklif edilib. 2018-ci ildə ABŞ-ın hərbi büdcəsi layihəsinə uyğun olan düzəlişlər Konqresin respublikaçı üzvü Mayk Terner tərəfindən hazırlanıb. O, parlament üzvlərini “Şərqi Avropada Rusiya təcavüzü”nün qarşısının alınması üçün NATO ilə daha aktiv işləməyə çağırıb.
Şəbnəm Tovuzlunun yalanı üzə çıxdı: Konsert bu səbəbdən təxirə salındı
Tanınmış müğənni Şəbnəm Tovuzlunun Mingəçevirdə planlaşdırılan konserti təxirə salınıb. Buna səbəb müğənninin konsertə biletlərinin satılmaması olub. Bu haqda məlumat verən mənbənin dediyinə görə, vəziyyətin ürəkaçan olmadığını görən müğənni vəziyyətdən çıxış yolu axtarıb.
"Everton" Teo Volkotla maraqlanır
"Everton" İngiltərə və "Arsenal"ın oyunçusu Teo Volkotu əldə etməyin planlarını qurur. "İrislər" çinli investorlarının köməyi ilə 28 yaşlı oyunçu üçün 30 milyon funt sterlinq təklif etməyi düşünürlər.
21 pişik öldürən gənc 16 il həbs cəzası verildi
Amerika Birləşmiş ştatlarında bir gənc pişik öldürdüyünə görə həbs edilib. Kaliforniya ştatında yaşayan Robert Roy Farmer adlı gənc 21 pişiyi öldürdüyünə görə məhkəmə ona 16 il həbs cəzası verib.
"Qalatasaray" daha bir braziliyalı müdafiəçi transfer etdi
"Qalatasaray" müdafiə xəttini gücləndirib. "Cim bom" "Sevilla"dan Mariano Ferreyra Filyo ilə rəsmi müqavilə imzalayıb. Transferə görə Əndəlus klubuna 4 milyon avro ödəniləcək. Braziliyalı müdafiəçi 3 illik müqaviləyə imza atıb.
Yaponiyada istilər 610 nəfəri xəstəxanalıq etdi
Yaponiyada son günlər davam edən isti hava şəraiti səbəbindən 610 nəfər xəstəxanaya yerləşdirilib. Xəstəxanalara müraciət edənlərin əksəriyyətinə günvurma diaqnozu qoyulub.
Bakı-Riqa münasibətləri yeni mərhələdə
Latviyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 17-də dövlət başçımızın rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Latviyanın dövlət başçısı Raymonds Veyonis arasında əvvəlcə təkbətək, sonra isə geniştərkibli görüş keçirilib. Görüşdən sonra hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb.





.jpg)








