Gündəm
Yeni alqoritm robotlara əşyaları fərqləndirməyə kömək edəcək
Braun və Dyuk universitetlərinin mütəxəssisləri robotların görmə, o cümlədən üçölçülü obyektləri tanımaq qabiliyyətini təkmilləşdirmək üçün üsul təklif ediblər. Alimlər alqoritm üzərində iş barədə “2017 Robotics: Science and Systems Conference” konfransında məlumat veriblər.
İlon Mask bəşəriyyət üçün əsas təhlükəni açıqlayıb
“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask Milli Qubernatorlar Assosiasiyasının görüşündə çıxışı zamanı süni intellektin bəşəriyyətin sivilizasiya kimi qarşılaşdığı əsas təhlükə olduğunu bildirib.
Züleyxa Nadir yazır... Cəhalət burulğanında boğulanlar
Rəsmi statistika: 2016-cı ildə 18 yaşadək analar tərəfindən 2809 uşaq doğulub. Onun 934-ü şəhər, 1875-i kənd yelərində doğulub. 2015-ci ildə isə yaşı 18-dək olan analar tərəfindən doğulan 2895 uşağın 1003-ü şəhər, 1892-i kənd, 2014-cü ildə - 3296 uşağın 1054-ü şəhər, 2242-si kənd yerlərində, 2013-cü ildə - 2855 uşağın 889-u şəhər, 1966-sı kənd yerlərində, 2012-ci ildə isə 3236 uşağın 1067-si şəhər, 2169-u kənd yerlərində dünyaya gəlib.
Çox yaşamaq istəyən qadınlar öz yaşıdlarına ərə getməlidir...
Yeni araşdırma işi göstərib ki, çox yaşamaq istəyən qadınlar öz yaşıdlarına ərə getməlidirlər. Ərin yaşlı və ya cavan olması qadının həyatını qısaldır. İlk öncə yaxşı xəbər haqqında. Gənc xanımları olan kişilər heç nədən narahat olmamalıdırlar. Tədqiqat işi göstərir ki, onlar çox yaşayaraq, daha sağlam həyata malik ola bilərlər. Belə məlum idi ki, özlərindən cavan ərləri olan xanımlar da bu nigahdan eyni cür faydalana bilərlər. Amma almaniyalı alimlər bunun belə olmadığını aşkar ediblər. Onlar iki milyon danimarkalı cütün tibbi qeydlərini öyrənəndən sonra belə nəticəyə gəliblər.
Maşında cinsi əlaqəyə girən cütlüyü POLİS YAXALADI VƏ... - ŞOK
Dubayda park edilmiş bir avtomobildə cinsi əlaqəyə girən cütlük polis tərəfindən ifşa edilib. Cütlüyü yaxalayan polis dərhal hadisə haqqında bölməyə məlumat verib. Hadisə yerində gerçəkləşdirilən sorğu zamanı 41 yaşlı kişi bir hoteldə spirtli içki qəbul etdikdən sonra qadın dostu ilə birlikdə sahilə endiklərini deyib. Sərxoş kişi spirtli içki səbəbilə mədəsinin ağrıdığını və qusmaq üçün paltarlarını soyunduğunu deyib.
Dırnaq yemək insandakı psixoloji sıxıntının göstəricisidir...
Dırnaq yemə insanlardakı psixoloji sıxıntının göstəricisidir. Psixiatorlar dırnaq yemə probleminin düşünüldüyündən daha ciddi bir problem olduğunu açıqlayıblar.
İŞİD taktikasını dəyişir – ŞOK PROQNOZ
“İŞİD terror təşkilatı məğlubiyyətdən sonra diversiya taktikasına keçə bilər”. Bu haqda Şimali İraq kürd anti-terror güclərinin nümayəndəsi Lahud Təlabani bildirib. Təlabaninin sözlərinə görə, təşkilat diversiya taktikasına keçməklə “Əl-qaidə” terror təşkilatını xatırlatmağa başlayacaq.
İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən dəstəklənir”
“Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir”. Bunu Riqada Latviya prezidenti ilə birgə mətbuata açıqlama verən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Tuba Büyüküstünün sevgilisi həbsdən çıxdı
Aktrisa Tuba Büyüküstünlə sevgili olduğu deyilən iş adamı Umut Evirgen azadlığa çıxıb. O, Tuba ilə fotolarını çəkən fotoqrafı döydüyü üçün bir aya yaxın idi ki həbsdə idi. Bu gün ilk dəfə hakim qarşısına çıxan Evirgən azadlığa qovuşub.
Hansı qadınlar həyat yoldaşına UĞUR GƏTİRİR?
Qadın ailənin psixi enerjisini təcəssüm etdirir. Qadının ruhi enerjisi necədirsə, özünü nə cür aparırsa, ailədə də eyni ruhi enerji hökm sürür. Əgər qadının psixi enerjisi hər şeyin yaxşı olacağına inanarsa, onda onun müsbətə olan inancı həqiqətən də işə yarayacaq.
Ukrayna münaqişəsi: kəskinləşmə tendensiyası
Yaxın Şərqdə geosiyasi vəziyyətin mürəkkəbləşməsi fonunda Ukrayna məsələsinin daha fəal şəkildə gündəmə gətirilməsi ekspertləri düşündürür. Bu prosesin arxasında hansı məqsədlər dayana bilər? Ümumiyyətlə, böyük dövlətlər Ukrayna böhranını aradan qaldırmaq istəyirlərmi? Bu suallara cavab vermək asan deyil. Çünki bir tərəfdən, Donbasda vəziyyət daha da gərginləşir, digər tərəfdən isə Ukraynada terror təhlükəsi artır. Onlara paralel olaraq, Prezident Petro Poroşenkonun Qərb dövlətlərinə səfərləri intensivləşir.
Rusiyanın Dəməşqdəki səfirliyinə hücum cəhdi
Rusiyanın Dəməşqdəki səfirliyinin binasına hücum cəhdi olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir. "İyulun 16-da Rusiyanın Dəməşqdəki səfirliyinin binasına minaatanlardan atəş açmağa cəhd edilib.
İranda narkotik ticarətində ittiham edilmiş 10 yaşlı uşaq asıldı
İranın Belucistan vilayətinin iki şəhərində hakimiyyət dörd nəfəri qeyri-qanuni narkotik dövriyyəsində günahkar bilərək edam edib. Asılaraq qətlə yetirilənlər arasında 10 yaşlı uşaq da var. İttiham edilmiş şəxslər ötən cümə günü Zahedan həbsxanasında edam olunublar. Edamdan sonra öldürülmüş şəxslərin cəsədləri 50 dərəcə istidə günəşin altında bütün gün ərzində həbsxananın ərazisində qalıb.
''Günəşli” yatağındakı 11 saylı platformada aparılan yenidənqurma işləri tamamlanıb
SOCAR-ın “Neftqaztikinti” tresti tərəfindən ''Günəşli” yatağındakı 11 saylı Dərin Dəniz Özülündə (DDÖ) aparılan yenidənqurma işləri tamamlanıb. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, DDÖ-də əlavə 4 quyunun qazılması üçün nəzərdə tutulan layihə “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir. Layihə çərçivəsində 4 kompleks üzrə tikinti-quraşdırma işləri yerinə yetirilib.
Mübariz Qurbanlı gürcü yepiskopla görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 17-də Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin rəhbəri yepiskop Hans Yoakim Kiderlen ilə görüşüb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, görüş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə yaranan multikultural mühit barədə söz açıb.














