Mübariz Qurbanlı gürcü yepiskopla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 17-də Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin rəhbəri yepiskop Hans Yoakim Kiderlen ilə görüşüb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə,  görüş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə yaranan multikultural mühit barədə söz açıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 17-də Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin rəhbəri yepiskop Hans Yoakim Kiderlen ilə görüşüb. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə,  görüş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə yaranan multikultural mühit barədə söz açıb. Azərbaycanın tolerant ölkə olduğunu, milli-mənəvi və dini dəyərlərə böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirən Mübariz Qurbanlı ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş vermədiyini, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.

Hans Yoakim Kiderlen bu gün dünya ölkələrində dini-etnik millətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişaf etməsinin hamıya örnək olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31