Gündəm

Rusiyada sunami təhlükəsi

18 İyul 2017 10:28

Rusiyanın şimal-şərqində yerləşən Kamçatka adasında 7,8 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Araşdırma Mərkəzi Rusiyanın şərqində olan Kamçatka yarımadasında 7,8 böyüklüyündə bir zəlzələ meydana gəldiyini bildirib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, zəlzələ, dənizin 10 kilometr altında meydana gəlib. Amerikan Sunami Xəbərdarlıq Mərkəzi, sunami təhlükəsi xəbərdarlığını edib. Yeraltı təkandan sonra ardıcıl olaraq kiçik təkanlar da qeydə alınıb.

“Retro Bakı” layihəsinə yenidən start verilib

18 İyul 2017 09:31

 Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən “Retro Bakı” layihəsi çərçivəsində açıq hava konsertlərinə yenidən start verilib. Baş İdarədən "Olaylar" - a bildirilib ki, açılış konsertində tanınmış cazmen, Əməkdar İncəsənət Xadimi Cavan Zeynallı, şanson ifaçısı Ceyhun Bakinski, estrada müğənniləri Yaqut Babayeva, Dua Murad, Anar Nağılbaz, Nailə Müslümova, Səbinə Əsgərova, Mehman Tağıyev öz çıxışları ilə paytaxt sakinləri və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar. Konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim edilib, yaradıcı gənclərin əl işlərindən ibarət rəsmlər qonaqların ixtiyarına verilib.

6,6 bal gücündə zəlzələ

18 İyul 2017 09:32

Perunun cənubunda 6,6 gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Kamana şəhərindən 104 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

5 polis həlak oldu

18 İyul 2017 07:05

Misirdə terror hadisəsi baş verib. Sinay yarımadasında hərbi maşının partlaması nəticəsində 5 polis həlak olub. Misir Təhlükəsizlik Qüvvələrindən verilən məlumata görə, daha 6 polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

Nazirlik məlumat yaydı

18 İyul 2017 07:03

İyulun 17-də, saat 16 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın güclü külək nəticəsində sonradan Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yol kənarındakı “terras” adlanan ərazisinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"-a verilən məlumata görə, naməlum səbəbdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Qusman təltif edildi

18 İyul 2017 07:00

ASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib. Fərmanı İtaliya Prezidenti Sergio Mattarella imzalayıb. Mixail Qusman bu ali mükafata “Rusiya vətəndaşlarının müasir İtaliya siyasəti haqqında məlumatlandırılmasındakı böyük töhfələrinə, xüsusən İtaliyanın müsbət obrazının və Rusiya-İtaliya münasibətlərinin formalaşdırılmasında dəstəyinə görə” layiq görülüb. Ali dövlət mükafatı olan “İtaliya Respublikası qarşısında xidmətlərə görə” ordeni 1951-ci ildə köhnə kral təltifləri əvəzinə təsis edilib. Bu orden xalq qarşısında ədəbiyyat, incəsənət, iqtisadiyyat, xeyriyyəçilik, ictimai və humanitar sahələrdə xidmətlərə görə təqdim edilir. Ordenin müxtəlif dərəcələri ilə, həmçinin kosmonavt Valentina Tereşkova, musiqiçilər Mstislav Rastropoviç və Valeri Georgiyev, Ermitajın rəhbəri Mixail Piotrovski, Dünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenko təltif ediliblər.

"Qapı" artıq satışda

18 İyul 2017 06:57

Rektoru fərqlənmə diplomu ilə bitirən tələbələrlə görüşdü

18 İyul 2017 06:54

 Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, Əməkdar incəsənət xadimi Fərəh Əliyeva Universitetin bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirən tələbələr ilə görüşüb. Universitetdən "Olaylar" - a bildirilib ki, univeritetin tərkibindəki “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə baş tutan tədbirdə rektor tələbələri təbrik edib və onları təhsil aldıqları müddətdə yüksək nailiyyətlər əldə edərək, Universiteti fərqlənmə diplomu ilə bitirdiklərinə görə Fəxri fərmanla təltif edib.

Şabranda güclü yanğın

18 İyul 2017 06:23

Şabran rayonunda güclü yanğın olub. Rayonun Taxtalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə, ümumi sahəsi 3 kv.m olan köməkçi tikili, yaxınlıqda yığılmış 8 ton bağlaması, 485 ha biçilmiş əkin sahəsi və meşə zolağında 15 ha ərazidə ağaclar yanıb.

Bu yayın dəbi nədir? - Məşhur modelyerdən MƏSLƏHƏT

17 İyul 2017 20:15

Artıq yay fəslinin bir ayını geridə qoyduq. Məlumdur ki, bu fəsillə əlaqədar olaraq havalar da isinib. Nəticə olaraq bu, birbaşa geyimimizə öz təsirini göstərir. Bir çox xanımlar və bəylər yayda nə geyəcəklərini, çatışmayan hansı libaslar alacaqlarını fikirləşirlər. Bunun üçün də ilk növbədə həmin vaxt dəbdə nələrin olacağı ilə maraqlanırlar. Əbəs yerə deməyiblər ki, gözəllik ondur, doqquzu dondur.

Evdə it saxlamağın İNANILMAZ FAYDALARI

17 İyul 2017 20:02

Aparılan elmi araşdırmalar zamanı it sahibi olmağın insan psixologiyası və sağlamlığına müsbət cəhətdən təsir göstərdiyi təsbit edilib. Yox, əgər yenə də evdə it saxlamaqla bağlı qərarınız qəti deyilsə, o zaman Ailem.az-ın bu materialını oxuyun və evdə it saxlamağın inanılmaz faydaları ilə tanış olun.

Cəmi 5 günə arıqlayacaqsınız: qatıq pəhrizi

17 İyul 2017 19:55

Hava isinməyə başladıqca hər kəs artıq çəkisinə görə narahat olur. Amma qatıq pəhrizi sizə kömək edəcək. 5 günlük qatıq pəhrizi ilə artıq çəkidən azad ola bilərsiniz.

Qlobal kiberhücum təbii fəlakətlərə bərabər itkilərə səbəb ola bilər

17 İyul 2017 19:50

“Lloyd's of London” analitiklərinin qiymətləndirməsinə görə, miqyaslı qlobal kiberhücum 53 milyard dollar məbləğində iqtisadi itkilərə səbəb ola bilər ki, bu da 2012-ci ildə ABŞ-da baş verən “Sendi” qasırğası kimi təbii fəlakətlərdən dəyən ziyana bərabərdir.

Monqolustanın yeni lideri işə piyada gedəcək

17 İyul 2017 19:45

Monqolustanın yeni prezidenti Xaltmaagiyn Battulqa parlamentin sədri və baş nazirin yaşadığı evlərin yaxınlığında yerləşən “İx Tenger” prezident iqamətgahında yaşamaqdan imtina edib. Son 63 ildir Monqolustanın bütün başçıları xüsusi qorunan Boqd-Xan-Uul dağında yerləşən ərazidə yaşayıblar. Prezident X.Battulqa Mərkəzi poçtun yaxınlığında yerləşən və o qədər də böyük olmayan evdə yaşamaq qərarına gəlib. Dövlət başçısı işə 400 metrlik məsafəni piyada getmək istəyir.

“iOS” qurğu istifadəçiləri üçün yeni fırıldaqçılıq üsulu icad edilib

17 İyul 2017 19:45

“ESET” şirkəti “iPhone” və “iPad” qurğu istifadəçilərinə yeni fırıldaqçılıq növü barədə xəbərdarlıq edib.