Gündəm
3 yaşlı uşağını öldürən qatil ananın ifadəsi qan dondurdu
Türkiyənin Zonquldaq rayonunun Gökçebəy qəsəbəsində restoranda ofisiant işləyən 25 yaşlı Gülveren A. 3 yaşlı oğlu Emir Canı mobil telefonunun adapter naqili ilə boğaraq öldürdüyü haqda məlumat vermişdik.
Ceyhun Bayramov: Yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının BMU-ya həvalə olunması ali məktəbin yüksək potensialını göstərir
Bir sıra yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının Bakı Mühəndislik Universitetinə (BMU) həvalə olunması bu ali məktəbin potensialının yüksək qiymətləndirilməsinin nəticəsidir. Bunu Bakı Mühəndislik Universiteti Himayəçilər Şurasının ilk iclasında çıxış edən təhsil nazirinin müavini, Himayəçilər Şurasının sədri Ceyhun Bayramov deyib.
Özbəkistan səfiri ermənilərin təxribat törətdiyi Alxanlı kəndində olub
Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev və səfirliyin bir qrup əməkdaşı Füzuli rayonunun Alxanlı kəndinə səfər edib. Səfər çərçivəsində səfir iyulun 4-də erməni hərbi birləşmələrinin Alxanlı kəndində dinc sakinləri atəşə tutması nəticəsində həlak olan 2016-cı il təvəllüdlü Zəhra Quliyeva və nənəsi, 1966-cı il təvəllüdlü Sahibə Quliyevanın məzarlarını ziyarət edib. Nümayəndə heyəti, həmçinin Zəhra Quliyevanın ailə üzvləri ilə görüşüb, hadisənin baş verdiyi əraziyə baxış keçirib.
Mübadilə Proqramına start verilir
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Mübadilə Proqramına start verilir. “OLAYLAR”-a daxil olan məlumata görə, “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində mübadilənin keçirilmə məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülük fəaliyyətinə həvəsləndirilməsi və onlar arasında könüllülük fəlsəfəsinin inkişafına təkan verilməsidir.
Excelsior Hotel & Spa Baku otelində “Summer Party” keçirilib
Excelsior Hotel & Spa Baku otelində “Summer Party” keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, gecənin ən parlaq incilərindən biri populyar Azərbaycan dizayneri Gülüm Əsədullayevanın yeni yay kolleksiyasının təqdimat mərasimi olub.
Bərdədə 17 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Bərdə rayonunda 12 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yenidaşkənd – Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 25 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunub.
Almaniya bu qrupun konsertlərinə qadağa qoydu
Almaniyanın Daxili İşlər Nazirliyi Türkiyənin “Grup Yorum” musiqi qrupunun ölkədə konsert verməsini qadağan edib. Buna səbəb olaraq nazirlik qrupun kommunist dəyərlər aşılamasını göstərib. Almaniya bu qrupun DHKP üzvü olmasını iddia edir.
Bakıda GÜCLÜ YANĞIN - ölən və xəsarət alan var - YENİLƏNİB
Bakının Cəfər Cabbarlı 28 ünvanında kimyəvi təmizləmə məntəqəsində baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumat daxil olan andan hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib.
Yaponiyada 100 min adam təxliyə xəbərdarlığı aldı
Yaponiyanın şimal-qərbində Niiqata prefekturasında 100 mindən artıq sakin təcili təxliyə barədə xəbərdarlıq alıb. Son günlər aramsız yağan yağışlar səbəbindən Yaponiyanın bu ərazisi sürüşmə təhlükəsi ilə üz-üzə qalıb. Sürşmə baş verən rayonlarda isə son günlər 34 nəfərin öldüyü, 10 nəfərin itkin düşdüyü barədə məlumat verilib.
Azərbaycan və Rusiya Dəmir Yolları arasında saziş imzalanıb
Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin cədri Cavid Qurbanov ilə “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, görüşdə yük və sərnişin daşımalarının inkişafı üzrə təkliflər, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, Rəşt-Astara dəmir yolunun tikintisi eləcə də müxtəlif layihələrin reallaşması üzrə qarşılıqlı dəstək və digər məsələlər müzakirə edilib. İkitərəfli görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlərdən danışılıb.
Ermənilər 138 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 138 dəfə pozub.
Piy aldırma əməliyyatı ölümlə nəticələndi - oğlunun kiçik toyunu görə bilmədi
Türkiyədə piy aldırma əməliyyatından çıxan qadın ölüb. Türkiyənin İzmit şəhərində 36 yaşlı Dilek Utar adlı qadın 1 ay sonra sünnət olacaq oğlunun kiçik toyunda yaxşı görünsün deyə piy aldırma əməliyyatı etdirib.
İnterpol Rusiyada cinayət törədən bu azərbaycanlını axtarır
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1967-ci ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olan İlqar Rüstəmov Rusiyada cinayət törətməkdə təqsirləndirilir. O, Rusiyada azyaşlıya qarşı seksual hərəkətlər etməkdə günahlandırılıb. Rusiyanın məhkəmə orqanı İ.Rüstəmovun istintaqa cəlb edilməsi və barəsində həbs qəti imkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
"Azərbaycanda isti, günəşli hava şəraiti davam edəcək"
"Növbəti iki gün ərzində Azərbaycanda isti, günəşli hava şəraiti davam edəcək". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Məşhur futbolçu FETÖ – çu çıxdı
Türkiyənin Kastamon vilayətində FETÖ terror təşkilatına qarşı aparılan əməliyyatlar zamanı Kastamonspor futbol komandasının qapıçısı Oğuzhan Bahadır həbs olunub "Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri əməliyyatlar zamanı 4 nəfər həbs olunub. "ByLock" sistemindən istifadə etdikləri iddiası ilə həbs olunanlar arasında 1966 – cı ildə anadan olan, Kastamonspor futbol komandasında qapıçı kimi fəaliyyət göstərən Oğuzhan Bahadırın da olduğu 6 nəfər şübhəli şəxs kimi saxlanılıb.














