Bərdədə 17 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Bərdə rayonunda 12 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yenidaşkənd – Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 25 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Bərdə rayonunda 12 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yenidaşkənd - Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, uzunluğu 25 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunub.

Əvvəllər torpaq və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaranırdı. Yolun yenidən qurulması ilə problemlər tam olaraq aradan qaldırılıb. Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və və əsasının genişləndirilməsi işləri aparılıb. Genişləndirmə işləri çərçivəsində qazma-dolma işləri görülüb, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb. Genişləndirmə izləri zamanı yolun ümumi eni 10 metrə çatdırılıb. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 2 yerdə 1000 mm diametrində ümumi uzunluğu 12 metr olan dəmir-beton borular və ümumi uzunluqları 360 m olan 30 ədəd dəmir suötürücü borular quraşdırılıb. Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə 132 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərin çəklişi işləri aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31