Almaniya bu qrupun konsertlərinə qadağa qoydu
Almaniyanın Daxili İşlər Nazirliyi Türkiyənin “Grup Yorum” musiqi qrupunun ölkədə konsert verməsini qadağan edib. Buna səbəb olaraq nazirlik qrupun kommunist dəyərlər aşılamasını göstərib. Almaniya bu qrupun DHKP üzvü olmasını iddia edir.
18 İyul 2017 11:30 DünyaAlmaniyanın Daxili İşlər Nazirliyi Türkiyənin "Grup Yorum" musiqi qrupunun ölkədə konsert verməsini qadağan edib. Buna səbəb olaraq nazirlik qrupun kommunist dəyərlər aşılamasını göstərib. Almaniya bu qrupun DHKP üzvü olmasını iddia edir.
DİN bu qərarla bağlı ölkənin 4 əyalətinə qrupun konsertlərinin qadağan edilməsi təlimatını göndərib. Qrupun Almaniyanın Fulda şəhərində təşkil etdiyi "irqçiliyə qarşı konsert" adlı tədbiri şəhər bələdiyyəsi tərəfindən qadağan edilib. Qrupun pərəstişkarları isə şəhərin müxtəlif bölgələrində mitinqlər keçirərək qadağanı ləğv etdirib. Publika.az