Azərbaycan və Rusiya Dəmir Yolları arasında saziş imzalanıb
Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin cədri Cavid Qurbanov ilə “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, görüşdə yük və sərnişin daşımalarının inkişafı üzrə təkliflər, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, Rəşt-Astara dəmir yolunun tikintisi eləcə də müxtəlif layihələrin reallaşması üzrə qarşılıqlı dəstək və digər məsələlər müzakirə edilib. İkitərəfli görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlərdən danışılıb.
18 İyul 2017 11:18 SosialMoskvada "Azərbaycan Dəmir Yolları" QSC-nin cədri Cavid Qurbanov ilə "Rusiya Dəmir Yolları" ASC-nin Prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib. "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, görüşdə yük və sərnişin daşımalarının inkişafı üzrə təkliflər, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, Rəşt-Astara dəmir yolunun tikintisi eləcə də müxtəlif layihələrin reallaşması üzrə qarşılıqlı dəstək və digər məsələlər müzakirə edilib. İkitərəfli görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlərdən danışılıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib, Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi artıq başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir. Bu istiqamətdə də işlər davam edir. Görüşdə Azərbaycan tərəfinin təklifi ilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarının həcminin artırılması məqsədilə, mərkəzi Bakı şəhərində olmaqla Koordinasiya Şurasının yaradılması barədə razılıq əldə olunub. Görüşün sonunda "ADY" QSC ilə "RDY" ASC arasında "Dəmir yolu ilə beynəlxalq yük daşımalarında məlumatların elektron mübadiləsi haqqında" saziş imzalanıb.