3 yaşlı uşağını öldürən qatil ananın ifadəsi qan dondurdu

Türkiyənin Zonquldaq rayonunun Gökçebəy qəsəbəsində restoranda ofisiant işləyən 25 yaşlı Gülveren A. 3 yaşlı oğlu Emir Canı mobil telefonunun adapter naqili ilə boğaraq öldürdüyü haqda məlumat vermişdik. 

Qeyd edək ki, oğlunu öldürdükdən sonra dərman içərək intihara cəhd edən qadını son anda həyat yoldaşı çağırdığı təcili yardım briqadasının müdaxiləsi ilə xilas etmişdi. Müalicəsi tamamlandıqdan sonra Gülveren A.-nın polisə verdiyi ifadə qan dondurub. 3 yaşlı övladını qətlə yetirən qadın səbəbini belə izah edib: "Həyat yoldaşım məndən boşanmaq istəyirdi. Ölmək istədim. Ölərkən oğlumu da özümlə aparmaq istədim". Müalicəsi tamamlanan Gülveren A. -nın əsəb dispanserində müalicə alması üçün göndərildiyi deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31