Excelsior Hotel & Spa Baku otelində “Summer Party” keçirilib
Excelsior Hotel & Spa Baku otelində “Summer Party” keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, gecənin ən parlaq incilərindən biri populyar Azərbaycan dizayneri Gülüm Əsədullayevanın yeni yay kolleksiyasının təqdimat mərasimi olub.
18 İyul 2017 11:33 SosialExcelsior Hotel & Spa Baku otelində "Summer Party" keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, gecənin ən parlaq incilərindən biri populyar Azərbaycan dizayneri Gülüm Əsədullayevanın yeni yay kolleksiyasının təqdimat mərasimi olub. Nümayiş BFC-nin (Baku Fashion Club) dəstəyi ilə təşkil olunmuşdu. Gülümün işləri həmişə qadın bədəninin bütün gözəlliklərini vurğulayan ideal xətlərlə seçilir. Baku Fashion Night layihəsinin daimi iştirakçısı olan dizayner, həmçinin, Most Stylish One, Baku Fashion Week layihəsində də iştirak edib. Gecədə media və incəsənət nümayəndələri də iştirak edib. Onların arasında Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva, populyar müğənni Miri Yusif, Milli geyim mərkəzi və Moda evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və bir çox başqaları olub.